AZ RU EN
Xəbərlər
18.09.2015
Tibb Universitetinin beynəlxalq əlaqələri günbəgün genişlənir

  Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Türkiyənin Turgut Özal Universiteti Xəstəxanasının nümayəndələri ilə görüş keçirilib. Görüşün əsas məqsədi həm qarşılıqlı təhsil, həm də tüp bebek (süni mayalanma) tətbiqi yönümündə ATU ilə əməkdaşlıq etməkdir.

Daha ətraflı...
18.09.2015
ATU-nun rektoru Əhliman Əmiraslanov Prezident təqaüdçüləri ilə görüşdü

  Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, akademik Əhliman Əmiraslanov qəbul imtahanlarında yüksək nəticə göstərərək universitetə qəbul olan Prezident təqaüdçüləri ilə görüş keçirdi.

Daha ətraflı...
16.09.2015
ATU ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr genişlənir

   Bugün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Abu-Dabinin Cleveland Xəstəxanasının nümayəndələri ilə görüş keçirilib.

Daha ətraflı...
16.09.2015
ATU-nun xarici tələbələrinin ingilis dilinin səviyyəsini yoxlamaq üçün imtahan keçirildi

  Azərbaycandakı ali təhsil müəssisələri arasında Tibb Universiteti xarici ölkədən ən çox tələbə qəbul edən universitetlərdən biridir. Hər il olduğu kimi, bu tədris ilində də Azərbaycan Tibb Universitetində (ATU) oxumaq istəyən xeyli əcnəbi gənclər universitetimizə müraciət edib.

Daha ətraflı...
15.09.2015
Tibb Universitetində Bilik Günü qeyd olundu

  Əhliman Əmiraslanov: “Bu zirvəyə çatmaq üçün 85-illik şərəfli bir yol keçilib”

Daha ətraflı...
14.09.2015
Tibb Universitetində tələbə yataqxanasının açılışı oldu

  Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) xarici tələbələr üçün nəzərdə tutulmuş 5 saylı yataqxanasının əsaslı təmirdən sonra açılış mərasimi keçirildi.

Daha ətraflı...
11.09.2015
ATU-nun Tədris Terapevtik Klinikasında yeni beynəlxalq əməkdaşlıqlara start verilir !

  ATU-nun Tədris Terapevtik Klinikasında fizioterapiya şöbəsində terapiya, nevrologiya, kardiologiya profilli ağır xəstələr müalicə alır. Bu cür xəstələrin müalicəsini fizioterapiyasız təsəvvür etmək mümkün deyil. Belə ki, ağır xəstələrin müalicəsinin mükəmməlləşdirilməsi üçün klinikada fizioterapiya imkanlarının genişləndirilməsinə ehtiyac var. Tibb Universitetində son illər fizioterapiya üzrə rezidentura təhsilinə də başlanılıb və bu sahədə həkimlər hazırlanır. Pasientlərin daha peşəkar müalicə almaları və yüksək təhsil imkanlarını artırmaq üçün Klinikada bir sıra addımlar atılır.

Daha ətraflı...
11.09.2015
ATU-nun Tədris Terapevtik Klinikasında aylıq şuranın iclası keçirildi

  Bu gün Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Tibbi Şurasının 2014-2015-ci il tədris ilinin yekunları və 2015-2016-ci tədris ilində qarşıda duran vəzifələrə həsr olunan genişləndirilmiş iclas keçirilib.

Daha ətraflı...
10.09.2015
ATU-nun Fransa Universitetləri ilə əlaqələri genişlənir

   Bu gün Azərbaycan Tibb Universiteti (ATU) Fransa səfirliyindən olan qonaqları qəbul edib. Belə ki, Fransanın Azərbaycandakı Səfirliyinin Universitet əməkdaşlığı üzrə məsul nümayəndəsi, Campus France agentliyinin Azərbaycandakı təmsilçisi Batist Minyo ilə universitetdə görüş keçirilib.

Daha ətraflı...
10.09.2015
Yaponiyanın Tohoku Universitetinin Tibb Fakültəsinin Epileptologiya kafedrasının professoru ATU-nun qonağı olub

  Bu gün Yaponiyanın Tohoku Universitetinin Tibb Fakültəsinin Epileptologiya kafedrasının professoru, Nobukazu Nakasato Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub.

Daha ətraflı...
09.09.2015
Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında “Qaraciyər xəstəliklərinin diaqnozunda və hepatitlərin təqibində “Fibroscan”ın istifadəsi” adlı elmi-praktik seminar keçirilib.

  Seminarı giriş sözü ilə açan ATU-nun Tədris Terapevtik Klinikasının direktoru, professor S.N.Musayev yeni tədris ilində kollektivə uğurlar arzulayıb və klinikaya yeni daxil olan “Fibroscan” aparatının ən son model olduğunu, bundan sonra qaraciyər xəstəliklərinin müayinə və müalicəsi üçün tələb olunan ən son texnologiyaların kilinikada mövcud olduğunu seminar içtirakçılarının diqqətinə çatdırıb.

Daha ətraflı...
08.09.2015
Tibb Universitetində Reabilitasiya və Fizioterapiya Mərkəzi açıldı

  Akademik Əhliman Əmiraslanov: “Yeni mərkəz müalicə prosesində xüsusi rol oynayacaq”

Daha ətraflı...
27.08.2015
Tədris Cərrahiyyə klinikasında xəstəyə böyrək köçürüldü

   Bu günlərdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasında universitet tarixində ilk dəfə olaraq böyrək transplantasiyası əməliyyatı həyata keçirilmişdir. 1989-cu il təvəllüdlü xroniki böyrək çatışmazlığından əziyyət çəkən və uzun müddətdir ki, hemodializ seansları alan xəstəyə anasından alınan böyrək köçürüldü.

Daha ətraflı...
25.08.2015
Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Azərbaycan Tibb Universitetinin qonağı olub

  Bu gün Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili cənab Abbes Benmoussat  Azərbaycan Tibb Universitetini ziyarət edərək universitetin rektoru, akademik Əhliman Əmiraslanovla görüşüb.

Daha ətraflı...
14.08.2015
Bu gündən Azərbaycan Tibb Universitetinin tələbəsi adını qazananların sənəd qəbuluna start verilib.

   Qeyd edək ki, universitetə qəbul olan tələbələr qeydiyyat üçün lazım olan sənədlərin siyahısı ilə ATU-nun rəsmi internet saytında (www.amu.edu.az) tanış ola bilərlər. Bu prosesdə çətinlik çəkən abituriyent üçün hətta bəzi sənədlərin forması əvvəlcədən saytda və universitetin feysbuk səhifəsində də yerləşdirilib.

Daha ətraflı...
13.08.2015
Tibb Universitetində yeni doğulan körpədə mürəkkəb əməliyyat icra olunub

   Bu günlərdə Azərbaycan Tibb Universitetinin həkimləri növbəti mürəkkəb əməliyyatı uğurla həyata keçirməklə daha bir körpənin həyatını xilas ediblər. Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında anadangəlmə inkişaf qüsuru olan uşaq üzərində bağırsaq əməliyyatı icra olunub.

Daha ətraflı...
11.08.2015
ATU-nun Tədris-Cərrahiyyə Klinikasında qırtlaq-udlağın karsinoması olan xəstədə rekonstruktiv cərrahi əməliyyat həyata keçirilib

   Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasında Ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri Məhəmməd Davudov tərəfindən çox mürəkkəb bir əməliyyat həyata keçirildi.

Daha ətraflı...
03.08.2015
Tədris Cərrahiyyə Klinikasında üçəm dünyaya gəlib

   Bu yaxınlarda daha bir ailədə üçəm sevinci yaşanıb. Pərvanə Daşdiyeva Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 2 qız və bir oğlan dünyaya gətirib.

Daha ətraflı...
30.07.2015
Ən vacibi xəstəyə zaman qazandırmaqdır

   Azərbaycan Tibb Universitetinin çoxprofilli Tədris Terapapevtik Klinikası qonşu dövlətlərin nüfuzlu xəstəxanaları ilə əlaqələrini daim genişləndirir. Təbabətin ən aktual problemlərinə aid fikir mübadiləsi aparılır, tanınmış mütəxəssislərin mühazirələri dinlənilir, canlı telekörpü vasitəsilə ağır xəstələrin vəziyyəti müzakirə edilir və çıxış yolları axtarılır. Xüsusi ehtiyac yarananda isə aparıcı mütəxəssislər klinikaya dəvət olunurlar.

Daha ətraflı...
23.07.2015
ATU-nun Tədris Cərrahiyyə Klinikasında 650 qr ilə dünyaya gələn körpə yaşadılır.

   ATU-nun Tədris Cərrahiyyə Klinikasında yeni bir uğura da imza atılır.

   23 həftəlik, 650 qr çəki ilə yenidoğulmuşun həyatda saxlanılması Azərbaycanda ilk dəfə olaraq ATU-nun Tədris Cərrahiyyə Klinikasında gerçəkləşdirildi.

Daha ətraflı...
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20    21    22    23   24    25    26    27    28    29    30    31    32    33    34    35    36    37    38    39  
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün nümunəvi test bankı