AZ RU EN
Xəbərlər
09.12.2015
ATU-da “Elsevier” nəşriyyat evinin xüsusi kampaniyasının təqdimatı keçirildi

  Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında məhşur “Elsevier” nəşriyyat evinin Tədris Terapevtik və Cərrahiyyə Klinikaları üçün təkşil etdiyi xüsusi kampaniyanın təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə açan Klinikanın direktoru professor Surxay Musayev bu təşəbbüsü yüksək qiymətləndirdi. 2 ay müddətində Klinika əməkdaşlarına “Elsevier” elektron kitabxanasına və bazasına pulsuz giriş imkanının yaradıldığını diqqətə çatdırdı. Sistemin özündə 2200 jurnal, 25 min adda kitab və sorğu kitabçalarını birləşdiyini vurğuladı.

Daha ətraflı...
08.12.2015
Tibb Universitetində Azərbaycanda ilk dəfə hamilə qadının ürəyində əməliyyat ediblər

  Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimləri Azərbaycanda ilk dəfə olaraq hamilə qadının ürəyində əməliyyat apararaq mexaniki klapanı dəyişiblər. Bu, dünyada üçüncü belə uğurlu əməliyyat olub.

Daha ətraflı...
05.12.2015
ATU-da məlumatlandırma günü keçirildi

Tələbələrə Avropa Komissiyasının ali təhsil proqramları haqqında məlumat verilib

Daha ətraflı...
04.12.2015
“Azərbaycan Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin təqdimat konfransı keçirilib

  Dekabrın 3-də Gənclər və İdman Nazirliyinin, Azərbaycan Tibb Universitetinin, Nəsimi rayon İcra Hakimiyyətinin dəstəyi ilə ATU-nun Tədris Cərrahiyyə Klinikasında “Azərbaycan Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin (AzərMDS) Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyasının (IFMSA) təqdimat konfransı keçirilib.

Daha ətraflı...
03.12.2015
“Vətən sevgisi” sənədli filmi nümayiş olunub

  Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan “Milli Qəhrəmanlar” sənədli filmlər həftəsi keçirir.

Daha ətraflı...
01.12.2015
Tibb universitetində “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” kitabının təqdimatı olub

  Dünən Azərbaycan Tibb Universitetində iki cildlik “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” kitabının təqdimat mərasimi olub. 
  ATU-nun professor-müəllim heyəti, rezidentləri və tələbələri ilə yanaşı dilçi alimlərin, ictimaiyyət nümayəndələrinin də qatıldığı tədbiri universitetin elmi işlər üzrə prorektoru, professor İbrahim İsayev açaraq Heydər Əliyev irsinin bütövlükdə öyrənilməsi və gənc nəslə çatdırılmasının əhəmiyyətindən danışıb. 

Daha ətraflı...
01.12.2015
dos. dr. Fərid Əliyev Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri seçilib.

  ATU Tədris-Terapevtik Klinikasının Ürək-Damar Mərkəzinin rəhbəri dos.dr. Fərid Əliyev Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri seçilib. 
Bu münasibətlə Fərid Əliyevi səmimi qəlbdən təbrik edir, ona Azərbaycanda kardiologiya elminin inkişafı naminə möhkəm can sağlığı, işlərində yeni-yeni nailiyyətlər arzu edirik.

Daha ətraflı...
27.11.2015
ATU - da Azərbaycan Kordiologiya Cəmiyyətinin 4 - cü Milli Komqresi cərcivəsində "ürəyin anatomiyası" kursu təşkil olunub

  Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Azərbaycan Kardiologiya Cəmiyyətinin 4-cü Milli Konqresi çərçivəsində “Ürəyin Anatomiyası” kursu təşkil olunub. Tibb üzrə fəlsəfə doktoru Mahmud Bağırzadə “Ürəyin Embrioloji İnkişafı “mövzusunda mühazirə ilə çıxış etdi. İnsan ürəyinin rüşeym, döl və doğulduqdan sonrakı dövrlərdə inkişaf mexanizmini kurs iştirakçılarının diqqətinə çatdırdı. Tədris Terapevtik Klinikanın həkim kardioloqu Fuad Səmədov isə “Ürək Qapaqlarının Klinik Anatomiyası” mövzusunda mühazirəsini təqdim etdi, ürək qapaqlarında gedən dəyişikliklərin fərqli təsnifatlarını aparılmış müayinə nəticələri əsasında izah etdi. Daha sonra klinikanın kardioloqu t.ü.f.d  Elnur İsayev  “Ürəyin Arterial və Venoz Sistemi” mövzusunda mühazirə ilə çıxış etdi. Ürək damarlarının şaxələnməsi və ürəyin qidalanmasıyollarından danışdı.

Daha ətraflı...
23.11.2015
Türkiyəli nümayəndələr Tibb Universitetinin qonağı oldular

  Bu gün akademik Əhliman Əmiraslanov Türkiyənin Elsevier və Gemini şirkətinin nümayəndələrini qəbul edib. Görüş zamanı akademik Ə.Əmiraslanov Tibb Universiteti ilə Elsevier şirkəti arasında yüksək səviyyəli əməkdaşlıqdan məmnun olduğunu bildirdi. O, Azərbaycan Tibb Universitetinin səhiyyə sahəsindəki yeniliklərlə daim maraqlandığını və modern texnologiyaların tətbiqinə çalışdığını bildirib. Akademik Ə.Əmiraslanovun sözlərinə görə, həkimlərin bu cür elektron proqramdan yararlanması onların işinə böyük fayda gətirə bilər.

Daha ətraflı...
23.11.2015
ATU-da dövlət tərəfindən dəstəklənən koxlear implant əməliyyatları keçirilib

  Bu gün ATU-nun Tədris Cərrahiyyə Klinikasında Səhiyyə Nazirliyinin dəstəyi nəticəsində dörd uşağın eşitməsini bərpa etmək məqsədi ilə Koxlear İmplant Əməliyyatları uğurla həyata keçirilib.

Daha ətraflı...
20.11.2015
ATU-da Türk Daxili Xəstəliklər Uzmanlıq Dərnəyinin VI toplantısı keçirildi

  Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Türk Daxili Xəstəliklər Uzmanlıq Dərnəyinin VI toplantısı keçirildi. Toplantıdan əvvəl akademik Ə.Əmiraslanov və tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevi anaraq, onun universitetdəki büstü qarşısına əklil qoydular.

Daha ətraflı...
19.11.2015
Tibb Universitetində yeni əczaçılıq laboratoriyası açılıb

  Bu gün akademik Əhliman Əmiraslanov ATU-nun əczaçılıq fakültəsinin binasında yeni yaradılan müasir elmi tədqiqat laboratoriyasına baxış keçirib. O, laboratoriyada istifadəyə veriləcək avadanlıqlar üçün hazırlanmış şəraitlə tanış olub, öz tövsiyyələrini vermişdir.

Daha ətraflı...
18.11.2015
Macarıstanın Azərbaycandakı səfiri Tibb Universitetinin qonağı oldu

  Bu gün Azərbaycan Tibb Universitetində (ATU) akademik Əhliman Əmiraslanovla Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İmre Laslotski və müşaviri Şandor Kapitani arasında görüş keçirilib.

Daha ətraflı...
17.11.2015
Hemotoloq - onkoloq, professor Alva Bowen Weir ATU-da yekun mühazirəsini keçirib

  Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti tərəfindən maliyyələşdirilən “Fulbright mütəxxəssis proqramı” çərçivəsində hemotoloq-onkoloq, professor Alva Bowen Weir yekun mühazirəsini keçirib.

Daha ətraflı...
17.11.2015
Əhliman Əmiraslanovun doğum günüdür

  Bu gün akademik Əhliman Əmiraslanovun ad günüdür. O, bir sıra yerli və xarici elmi təşkilatların üzvü, çoxsaylı mükafat və laureatların sahibidir. Dünyada tanınan və layiqli nüfuz qazanan alim hələ keçmış Sovet dönəmində, 1986 – cı ildə elm və texnika sahəsi üzrə «Onkoloji xəstələrin bərpa müalicəsi metodlarının işlənib hazırlanması və onların klinik təcrübədə tətbiqi» haqqındakı silsilə elmi – texnoloji işlərinə görə SSRİ Dövlət Mükafatı laureatına, 1991-ci ildə isə «Əməkdar elm xadimi» fəxri adına layiq görülüb.

Daha ətraflı...
17.11.2015
ATU-dan xarici tələbələr Əcnəbi Tələbə-Gənclərin II Ümumrespublika Forumunda iştirak ediblər

  Bu gün Azərbaycanda təhsil alan Əcnəbi Tələbə-Gənclərin II Ümumrespublika Forumu keçirilib. Forumun əsas məqsədi ölkəmizdə təhsil alan gəncləri bir araya gətirmək,onlara özünü ifadə etmək imkanı verməkdən ibarətdir.

Daha ətraflı...
16.11.2015
Azərbaycan ürək çatışmazlığı registrinə start verildi.

  ATU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, Terpaevtik və Propedevtik propedevtika kafedrasının dosenti R.Qabulovanın mətbuat xidmətinə verdiyi məlumata əsasən, bu ilin noyabr ayından ölkəmizdə Azərbaycan Ürək Çatışmazlığı Registrinin (AÜÇR) tətbiqinə başlanılıb. Registr ATU və Səhiyyə Nazirlyinin İcimai Səhiyyədə İslahatlar Mərkəzinin əməkdaşlığı ilə gerçəkləşdirilir.

Daha ətraflı...
13.11.2015
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Tibbi Şurasının genişləndirilmiş yığıncağı

  Noyabr ayının 12-də Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Tibbi Şurasının genişləndirilmiş iclası keçirilib. Klinikanın direktoru professor Surxay Musayev iclası açaraq 12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya günü münasibəti ilə hər kəsi təbrik etdi, kollektivə fəaliyyətində uğurlar arzuladı. Direktor gündəliyə keçməzdən əvvəl Terapevtik və Pediatrik propedevtika kafedrasının professoru Yaqub Qurbanovu anadan olmasının 75 illiyi münasibətilə kollektiv adından təbrik etdi. 

Daha ətraflı...
10.11.2015
Tibb Universitetində elmi-praktik konfrans keçirildi

   Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “Təbabətin aktual problemləri -2015” mövzusunda elmi-praktik konfrans keçirildi.

Daha ətraflı...
09.11.2015
Niderlandda Situasiyaya Bağlı Klinik Əsaslandırma metodikasına dair Azərbaycan dilində dərslik çap olunub

  Bu yaxınlarda Niderland krallığının Utrext şəhərində “Tibb Təhsilinin Situasiyaya Bağlı Klinik Əsaslandırma vasitəsilə müasirləşdirilməsi” adlı kitabı İngilis və  Azərbaycan dillərində işıq üzü görmüşdür. Qeyd etmək lazımdır ki, bu, Situasiyaya Bağlı klinik əsaslandırma metodikasına dair Azərbaycan dilində çap olunmuş ilk dərslik olub, Aİ TEMPUS programının MUMEENA layihəsi çərçivəsində, adı çəkilən qurumun Təhsil və Mədəniyyət üzrə İcraçı Agentliyinin maddi dəstəyi ilə ərsəyə gəlmişdir. Kitabın müəllifləri Utrext universitetinin Professoru Olle Ten Kate, həmin universitetin əməkdaşı Mariya van Lon, Gürcüstanın Tbilisi Dövlət Tibb Universitetinin professoru G. Simoniyadır. Kitabın Azərbaycan dili versiyasının redaktorları  ATU-nun Terapevtik və Propedevtik Propedevtika kafedrasının dosenti Rəhimə Qabulova və I Cərrahi xəstəliklər kafedrasının dosenti Nadir Zeynalovdur. 

Daha ətraflı...
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20    21    22   23    24    25    26    27    28    29    30    31    32    33    34    35    36    37    38    39    40  
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı