AZ RU EN
Xəbərlər
04.07.2017
ATU-nun Tədris Terapevtik Klinikasında tibb elmləri doktoru, professor Surxay Axundovun anadan olmasının 120 illiyinə həsr olunmuş konfrans keçirilib

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında tibb elmləri doktoru, professor Surxay Axundovun anadan olmasının 120 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

Daha ətraflı...
03.07.2017
Azərbaycan Tibb Universitetini əla qiymətlərlə başa vuran məzunlarımız

Həsənli Ülkər Mübariz qızı  

1994-cü ildə Yevlax şəhərində anadan olub. 2001-ci ildə Yevlax şəhər 8 nömrəli tam orta məktəbin I sinfinə gedib. 2011-ci ildə məktəbi əla qiymətlərlə başa vurub. Orta məktəbdə oxuduğu illər ərzində dəfələrlə rayon və respublika fənn olimpiadalarında iştirak edib. Respublika fizika olimpiadasinin 3-cüsü, Respublika Xüsusi İstedadlı Gənclərinin bilik yarışının kimya fənni üzrə 2-cisi, “Ana dilimizi sevək, sevdirək” adlı inşa müsabiqəsinin gümüş medalçısıdır. 2011-ci ildə 685 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub, Prezident təqaüdünə layiq görülüb. Təhsil sahəsindəki uğurlarını universitet həyatında da davam etdirməyə çalışıb və bu il universiteti fərqlənmə diplomu ilə bitiriir. Arzusu bacarıqlı, savadlı bir həkim kimi xalqımızın sağlamlığının keşiyində durmaqdır.

Daha ətraflı...
01.07.2017
Azərbaycan Tibb Universiteti tələbələrinin “Məzun günü” keçirildi

İyunun 30-da “Bulvar Otel”də Azərbaycan Tibb Universitetinin (ATU) tələbələrinin “Məzun günü” keçirilib. 

Daha ətraflı...
29.06.2017
ATU-nun farmakologiya kafedrasında elmi- praktik seminar keçirilib

Hər il  tədris semestrinin sonunda ənənəvi olaraq  farmakologiya kafedrasının professor- müəllim heyətinin bilik və bacarığının artırılması və tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə  elmi- praktik seminarlar keçirilir.

Daha ətraflı...
29.06.2017
Dövlət Attestasiya Komissiyası sədrlərinin hesabatı dinlənildi

İyunun 29- da  Böyük Elmi Şura 2016/2017-ci tədris ilinin son iclasını keçirdi.  İclası açan universitetin rektoru, professor Gəray Gəraybəyli  gündəlikdə duran məsələləri şura üzvlərinin diqqətinə çatdırdıqdan sonra  Azərbaycan Tibb Universiteti üzrə 2016/2017-ci tədris ilindÿə Dövlət Attestasiya Komissiyası sədrlərinin hesabatı dinlənildi və gənc mütəxəssislərin hazırlanması keyfiyyətinin yaxşılaşdırılması işində universitet kollektivinin vəzifələri  müzakirÿə edildi.    

Daha ətraflı...
29.06.2017
ATU-nun idman klubu I yerə layiq görülüb

ATU-nun bu tədris ilinin son elmi şurasında müxtəlif məsələlərdən söhbət açan rektor G.Gəraybəyli bildirdi ki, respublikamızın 25 ali məktəb tələbələri arasında idmanın 14 növü üzrə yarış keçirilib.

Daha ətraflı...
28.06.2017
"PEDİATRİYANIN AKTUAL PROBLEMLƏRİ” mövzusunda elmi-praktiki konfrans
Daha ətraflı...
23.06.2017
ATU-da İctimai baxş keçirildi

Bu günlərdə Azərbaycan Tibb Universitetinin Rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının (İNMŞ) təşkilatçılığı ilə ATU-da imtahan sessiyasının gedişatına ictimai baxış keçirilib. İctimai baxış 2016-2017-ci tədris ilinin yay imtahan sessiyasında şəffaflığın və obyektivliyin təmin edilməsinə nəzarət məqsədilə İNMŞ iclasının qərarına əsasən təşkil edilib.

Daha ətraflı...
23.06.2017
ATU-nun Tədris Terapevtik Klinikasında keçirilən iki günlük pulsuz aksiya başa çatdı

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Ramazan bayramı ilə əlaqədar keçirilən 2 günlük ödənişsiz aksiya başa çatıb

Daha ətraflı...
22.06.2017
Səhiyyə naziri “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər barədə” Əmr imzalayıb

Ölkə Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”yə uyğun olaraq ölkədə səhiyyə mütəxəssislərində peşə bilik və bacarıqlarının təkmilləşdirilməsi prosesinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədi ilə imzalanmış Əmrdə səlahiyyətli şəxs və qurumlara tapşırıqlar verilib.

Daha ətraflı...
21.06.2017
Tədris Cərrahiyyə Klinikasının Fizioterapiya və bərpa şöbəsində xəstələrin müalicəsi üçün hər cür şərait var

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Fizioterapiya və bərpa şöbəsində xəstələrin müalicəsi üçün hər cür şərait var. Şöbənin müdiri, t.ü.e.n. Nurlana Əliyevanın sözlərinə görə, bura Avropa standartlarına cavab verən avadanlıqlarla təchiz olunub. Burada həftənin 6 günü saat 8:00-dan 18:00-a qədər yüksək ixtisaslı peşəkar mütəxəssislər fəaliyyət göstərirlər:

Daha ətraflı...
21.06.2017
104 nəfərə əczaçı – bakalavr diplomu verildi

ATU-nun əczaçılıq fakültəsində buraxılış işlərinin müdafiəsi bitib

Aazərbaycan Tibb Universitetinin (ATU) əczaçılıq fakültəsində bakalavr pilləsində buraxılış işlərinin müdafiəsi başa çatıb. Fakültənin dekanı, professor Tahir Süleymanov müdafiənin uğurla tamamlandığını deyib: “Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəlinin 2 iyun 2017-ci il tarixli 259 T əmri ilə Universitetin Əczaçılıq fakültəsinin Bakalavr pilləsində Buraxılış işlərinin müdafiəsini həyata keçirmək üçün tərkibi 9 nəfərdən ibarət dövlət Atestassiya Komissiyası yaradılıb. Bakalavr Buraxılış işlərinin müdafiəsi 5 ixtisaslaşma üzrə aparıldı: Əczaçılıq kimyası, Toksikoloji kimya, Farmakoqnoziya, Əczaçılıq texnologiyası, Əczaçılıq işinin təşkili”.

Daha ətraflı...
20.06.2017
Növbəti ünikal əməliyyat - xəstəyə dil tikildi

Bu günlərdə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında dildə bəd xassəsəli şişlə bağlı mürəkkəb əməliyyat icra olunub. əməliyyat zamanı xəstənin dili, boynundakı limfa düyünləri çıxarılsa da, bədənin digər hissəsindən dil və dilaltı nahiyə əvəzləyicisi formalaşdırılıb.

Daha ətraflı...
20.06.2017
ATU-da anatom alimlərin beynəlxalq əlaqələri genişlənir

Azərbaycanın Tibb Universitenin anatom - alimləri ilə N.N.Burdenke adına Voronej Dövlət Tibb Universitenin anatom - alimləri arasında beynəlxalq əlaqələr möhkəmlənir.

Daha ətraflı...
20.06.2017
ATU Ümumdünya Səhiyyə Təşkilatının Kimyəvi Risklərin Qiymətləndirilməsi Şəbəkəsinin toplantısında təmsil olunub

19-22 iyun 2017-ci il tarixlərində İtaliyanın Parma şəhərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Kimyəvi Risklərin Qiymətləndirilməsi Şəbəkəsinin toplantısı keçirilib. Bu nüfuzlu toplantıda Azərbaycan Tibb Universitetinin nümayəndəsi də iştirak edib.

Daha ətraflı...
20.06.2017
Stomatologiya üzrə imtahanda yüksək bal toplayan tələbələr təltif olundu

Bu gün Stomatologiya ixtisası üzrə klinik və təcrübi bacarıqların Yekun Dövlət Attestasiya imtahanının son günü idi. Stomatologiya ixtisası üzrə Yekun Dövlət Attestasiya imtahanından ən yüksək bal toplamış tələbələrdən 11 nəfərinə “Armada” şirkəti tərəfindən ayrılmış dəyərli stomatoloji materiallar və alətlər hədiyyə olundu. Hədiyyələr tələbələrə Dövlət Attestasiya Komissiyasının sədri, Tədris Stomatoloji Klinikasının direktoru tərəfindən təqdim edildi. 

Daha ətraflı...
19.06.2017
II müalicə-profilaktika fakültəsinin "fakültə konfransı"nın aktiv tələbələri mükafatlandırıldı

ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov 15-16 may tarixlərində keçirilmiş ll müalicə-profilaktika fakültəsinin təşkilati heyəti ilə görüşüb.

Daha ətraflı...
19.06.2017
Stomatologiya fakültəsində oski imtahanları davam edir

Azərbaycan Tibb Universitetində imtahan sessiyası davam edir. Universitetin stomatologiya fakültəsində ortopedik stomatologiya fənni üzrə sonuncu dövlət imtahanı keçirilir.

Daha ətraflı...
14.06.2017
Türkiyə Respublikası Silahlı Qüvvələrinin Tibb Xidməti rəisi kontr-admiral ATU-nun qonağı olub

Gülhanə Hərbi Tibb Akademiyasının (GATA) rəhbərinin elmi işlər üzrə yardımçısı, professor Hayati Bilgiç Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub. Türkiyəli müsafir ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüşüb.

Daha ətraflı...
14.06.2017
ATU nəzdində fəaliyyət göstərən yataqxananın əsaslı təmirdən sonra açılışı olub

İyunun 14-də Azərbaycan Tibb Universitetinin (ATU) nəzdində fəaliyyət göstərən yataqxananın əsaslı təmirdən sonra açılışı olub.

Daha ətraflı...
 1    2   3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20    21    22    23    24    25    26    27    28    29    30    31    32    33    34    35    36    37    38    39    40  
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı