AZ RU EN
Xəbərlər
24.02.2016
Azərbaycan Tibb Universitetində “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda seminar keçirildi

  İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlərini davam etdirir.

Daha ətraflı...
23.02.2016
ATU-da Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.

Daha ətraflı...
22.02.2016
Tədris Cərrahiyyə Klinikasında hamiləykən ürəyinə mexaniki klapan yerləşdirilən qadın ana olub

  Ötən ilin dekabr ayının əvəllələrində Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimləri tərəfindən ölkədə ilk dəfə olaraq hamilə qadının ürəyində əməliyyat aparılaraq, onun mexaniki klapanı dəyişdirilib. Dünyada üçüncü belə uğurlu əməliyyat olub, çünkü burdakı təhlükə - əməliyyat zamanı hamilə xanımın bədən temperaturunu 33ºC qədər düşürülməsidir, bu vəziyyətisə döl ürəyinin fəaliyyətini dayandırma təhlükəsini artırır.

Daha ətraflı...
20.02.2016
ATU-da ağciyər patologiyasına dair beynəlxalq konfrans keçirildi

  Azərbaycan Tibb Universiteti mütəmadi olaraq xarici ölkələrin mütəxəssislərinin iştirakı ilə müxtəlif xəstəliklərə dair elmi konfranslar təşkil edir. Belə tədbirlərdə dünyanın aparıcı həkimləri tərəfindən məruzələr səsləndirilir, mövzu üzrə maraqlı müzakirələr aparılır.

Daha ətraflı...
19.02.2016
Türkiyənin İnönü Üniversiteti və ATU-nun birgə təşkil etdiyi “Orqan transplantasiyası” mövzusunda konfrans keçirilib

  Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Orqan transplantasiyası” mövzusunda II Beynəlxalq elmi konfransın açılışı oldu. Türkiyənin İnönü Universiteti (Malatya) və ATU-nun birgə təşkilatçılığı ilə keçirilən konfransda transplantasiya sahəsində hər iki ölkənin mütəxəssisləri, gənc alimlər və rezidentlər iştirak ediblər.

Daha ətraflı...
18.02.2016
Tibb Universitetində respublikada ana və uşaq sağlamlığının mühafizəsinə həsr edilmiş müzakirə keçirilib

  Azərbaycanda hamiləliyin gedişi və doğuş zamanı ana və uşaq sağlamlığının qorunması daim diqqət mərkəzində saxlanılan məsələlərdən biri olub. Bu məsələ ilə bağlı mütəmadi olaraq araşdırmalar aparılır, yüksək nəticələr əldə edilməsi məqsədilə dövlət və hökumətimizin ən yüksək səviyyələrində belə daim müzakirələr aparılır, konkret addımlar atılır.

Daha ətraflı...
17.02.2016
Tibb Universitetində Endokrinologiya üzrə elmi-praktik seminar keçirilib

  Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikası ilə Tədris Terapevtik Klinikasının birgə iştirakı nəticəsində Endokrinologiya üzrə elmi-praktik seminar keçirilib.

Daha ətraflı...
15.02.2016
ATU-nun Stomatoloji Klinikasında tələbələrin bilik və bacarıqlarının qiymətləndirmə meyarlarına həsr edilmiş seminar-müşavirə keçirilib
Daha ətraflı...
11.02.2016
ATU-nun Tədris Terapevtik Klinikasında Tibbi Şurasının genişləndirilmiş iclası keçirilib.

  ATU-nun Tədris Terapevtik Klinikasında Tibbi Şurasının genişləndirilmiş iclası keçirilib. Klinikanın direktoru professor Surxay Musayev iclası açaraq ölkə Prezidenti İlham Əliyevin səhiyyə işçilərinin maaşlarının artırılması barədə sərəncamı xatırladıb, diqqət və qayğı üçün kollektiv adından ölkə başçısına təşəkkürlərini ifadə edib. Şura üzvləri gündəliklə tanış olunub. Gündəlikdə olan birinci məsələ ilə bağlı baş həkim, dosent Ramin Bayramlı çıxış edərək Klinikanın yanvar ayındakı müalicə-diaqnostik fəaliyyəti ilə bağlı hesabatı şura üzvlərinin diqqətinə çatdırıb.

Daha ətraflı...
11.02.2016
ATU-nun bir sıra kafedralarının illik hesabatı üzrə iclas keçirilib

  Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının konfrans zalında ATU-nun Neyrocərrahiyyə, Urologiya, Burun, qulaq və boğaz, Ağız və üz-çənə cərrahiyyəsi, Travmatologiya kafedralarının illik hesabatı üzrə iclas keçirildi. Toplantını direktor, I Cərrahi Xəstəliklər kafedrasının müdiri, Azərbaycan Milli Elimlər Akademiyasının müxbir üzvi, professor Nuru Bayramov və klinikanın baş həkimi, dosent Dr. Asiman Həsənov açıq elan etdi.

Daha ətraflı...
10.02.2016
Türkiyənin Hacettepe Universiteti Hastanesinin nümayəndələri ATU-nun qonağı oldu

  Türkiyənin Hacettepe Universiteti Hastaneleri Anesteziologiya və Reanimatologiya bölməsinin professoru Dr. Seda Banu Akıncı Azərbaycan Tibb Universiteti (ATU) Tədris Cərrahiyyə Klinikasının qonağı oldu.

Daha ətraflı...
08.02.2016
Tədris-Cərrahiyyə Klinikasında daha bir maraqlı əməliyyat icra edildi

  Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasına traxeyanın yuxarı 1/3 hissəsinin daralması (stenozu) diaqnozu ilə müraciət edən 26 yaşlı qız üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Daha ətraflı...
05.02.2016
Tibb Universitetində nadir anadangəlmə ürək xəstəsi əməliyyat olunub

  Tədris Cərrahiyyə Klinikasının kardiocərrahı Azərbaycanda ilk dəfə koronar anomaliya (ALCAPA) əməliyyatını icra edib.

Daha ətraflı...
30.01.2016
Tibb Universitetində imtahanların sonuncu günü

  Bu gün Azərbaycan Tibb Universitetində qış imtahan sessiyasının son günüdür. 

Daha ətraflı...
27.01.2016
Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında satellit simpozium keçirilib

Amerikalı mütəxəssis bir sıra mövzularda mühazirələrlə çıxış edib

  26-27 Yanvar 2016-cı il tarixlərində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Amerika Avstriya Fondunun Reabilitasiya üzrə Zaltsburq seminarlarının növbəti satellit simpoziumu keçirilib.

Daha ətraflı...
25.01.2016
Daha bir körpənin həyatını Azərbaycan həkimləri xilas etdi

  Hamiləliyini sonlandırmaq məqsədi ilə gələn ümidsiz ana körpəsini sağ-salamat qucağına aldı. Uşaq ana bətnində olarkən böyrək əməliyyatından keçdi, dünyaya gəldikdən sonra isə sidik kisəsindən əməliyyat olunaraq xilas edildi. 14 oktyabr 2015-ci il tarixində Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının mama-ginekologiya şöbəsinə 26 həftəlik hamiləliyi sonlandırmaq məqsədi ilə ümidsiz halda hamilə qadın daxil olmuşdur. Belə ki, daha əvvəl ultrasəs müayinələrindən dölün sol böyrəyindən inkişaf edən iri ölçülü kista aşkar edilmişdir. Bu kista, getdikcə böyüyərək bütün qarın boşluğunu tamamilə tutmuşdur.

Daha ətraflı...
25.01.2016
Qayıdan qırtlaq siniri cihazının tətbiqi ilə aparılan uğurlu əməliyyat

Azərbaycan Tibb Universitetinin həkimləri bir-birinin ardınca mürəkkəb cərrahi əməliyyatları icra edirlər. Bu günlərdə ATU-nun Tədris Cərrahiyyə Klinikasında belə əməliyyatlardan biri - total tireoidektomiya əməliyyatı uğurla icra olunub.

Daha ətraflı...
20.01.2016
20 Yanvar: Heç kim unudulmur

  Bu gün Azərbaycan xalqı 20 Yanvar hadisələrinin 26-cı ildönümünü qeyd edir. Hər il bu gün ərəfəsində on minlərlə insan Şəhidlər Xiyabanını ziyarət edir.

Daha ətraflı...
18.01.2016
Tibb Universitetində “20 yanvar” şəhidləri yad edildi

  Bu gün Azərbaycan Tibb Universitetində 20 yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş toplantı keçirilib. Mərasimdə qanlı yanvar hadisələri təhlil olunub, həmin günlər şəhid olmuş həmvətənlərimizin ruhu yad edilib.

Daha ətraflı...
15.01.2016
Qış semestr imtahanlarına start verilib

  Ötən il dekabrın 29-dan etibarən Azərbaycan Tibb Universitetində qış semestr imtahanlarına start verilib. Şənbə və bazar günü istisna olmaqla hər gün imtahan zallarında tələbələr imtahan verirlər. İmtahan vermək üçün gözləyən tələbələrin üzündə isə bir nigarançılıq hiss olunur. Bu da təbiidir. Fikirləşirlər ki, görəsən, imtahan zamanı bildikləri sual düşəcəkmi? Yaxud bilmədikləri sual çoxmu olacaq?

Daha ətraflı...
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19   20    21    22    23    24    25    26    27    28    29    30    31    32    33    34    35    36    37    38    39  
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün nümunəvi test bankı