AZ RU EN WEBMAIL
Xəbərlər
01.12.2015
Tibb universitetində “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” kitabının təqdimatı olub

  Dünən Azərbaycan Tibb Universitetində iki cildlik “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” kitabının təqdimat mərasimi olub. 
  ATU-nun professor-müəllim heyəti, rezidentləri və tələbələri ilə yanaşı dilçi alimlərin, ictimaiyyət nümayəndələrinin də qatıldığı tədbiri universitetin elmi işlər üzrə prorektoru, professor İbrahim İsayev açaraq Heydər Əliyev irsinin bütövlükdə öyrənilməsi və gənc nəslə çatdırılmasının əhəmiyyətindən danışıb. 
  ATU-nun daxili xəstəliklər kafedrasının dosenti Nağdəli Zamanovun gərgin əməyi nəticəsində ərsəyə gələn “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” monoqrafiyasında Ulu Öndərin natiqlik qabiliyyətinin müxtəlif aspektlərdən araşdırıldığını vurğulayan prorektor ictimai və sosial həyatımızın bütün sahələrinin formalaşmasında Heydər Əliyevin müstəsna xidmətləri olduğunu bildirib.
  Hər bir xalqın əsrlər boyu öz dilini təkmilləşdirməyə səy göstərdiyini deyən ictimai fənlər kafedrasının professoru Fəxrəddin Məmmədov Azərbaycan türkcəsinin tarixinə nəzər salaraq bu istiqamətdə yazarlarımızın, siyasi xadimlərimizin fəaliyyətini yüksək qiymətləndirib. 
  Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri, dosent Akif Miriyev Heydər Əliyevin nitqlərinin dilçilik mövqeyindən araşdırıldığı monoqrafiyanı diqqətlə oxuduğunu bildirərək qeyd edib ki, çox böyük zəhmət hesabına ərsəyə gələn 1000 səhifəyə yaxın bir tədqiqat əsərində H.Əliyevin nitqlərindən yetərincə istifadə edilib.
  Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, filologiya elmləri doktoru Kamil Bəşirov “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” əsərinin təkcə Azərbaycan dilçiliyinə yox, bütövlükdə Heydər Əliyev irsinin öyrənilməsinə qiymətli bir töhfə olduğunu deyib. 
  Təqdimat mərasimində çıxış edən digər natiqlər də mövzu və kitabla bağlı fikirlərini açıqlayıblar.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı