AZ RU EN WEBMAIL
Xəbərlər
15.09.2020
ATU əməkdaşının 5 məqaləsi xarici jurnallarda dərc olunub

Azərbaycan Tibb Universitetinin ağız və üz çənə cərrahiyyəsi kafedrasının assistenti t.ü.f.d. Məhəmməd Davudovun son 1 ildə PubMed, İSİ indeksasiyalı nüfuzlu elmi jurnallarda  5 məqaləsi çap edilib. Bu jurnallar ABŞ, Britaniya, Kanada, İran kimi ölkələri və Cənub Şərqi Asiya və Avstraliya Xərçəng Cəmiyyətini rəsmi olaraq təmsil edir.

 

Jurnallarda dərc olunan məqalələr doktor M.Davudovun Tehran Tibb Elmləri Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında bağlanmış əməkdaşlıq memorandumuna əsasən aparılan elmi tədqiqat işini əhatə edir. Elmi məqalələr əsasən ağız xərçəngi olan xəstələrdə həyat keyfiyyətinin öyrənilməsinə, eləcə də ağız xərçənginin cərrahi müalicəsində tətbiq edilən müxtəlif plastik rekonstruktiv əməliyyatların nəticələrinin qiymətləndirilməsinə həsr edilib.

 

Həmçinin, ağız xərçəngi olan xəstələrdə həyat keyfiyyətinin qiymətləndirilməsi üçün Avropa Xərçəng Tədqiqatı və Müalicəsi Cəmiyyətinin tətbiq etdiyi sorğu anketlərinin ilk dəfə Azərbaycan dilində versiyası hazırlanaraq cəmiyyət tərəfindən rəsmi olaraq təsdiq edilib. Qeyd edək ki, doktor M.Davudov bu cəmiyyət tərəfindən müəlliflik şəhadətnaməsi də alıb.

 
 
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı