AZ RU EN WEBMAIL
Xəbərlər
15.09.2020
“KWU–Azərbaycan” təşkilatının ilk respublika seminarı keçirilib
Bu günlərdə Bakının Novxanı çimərliyində “Dünya Kyokuşin Birliyi (KWU) – Azərbaycan” Təşkilatının ilk Respublika seminarı keçirilib. Seminarın məqsədi, yeni tədris ilində idmanla məşğul olan tələbə və məktəblilərin keçiriləcək onlayn və yaxud ənənəvi dərslərə diqqətlə və ciddi yanaşmaları, onların sağlamlığının möhkəmləndirilməsi, təlimatçıların və məşqçilərin ixtisasının artırılması, hakimlərin təcrübi biliklərinin və idmançıların ustalıq səviyyələrinin artırılmasına nail olmaqdır.
 
“KWU – Azərbaycan” Təşkilatının sədri, ATU-nun “Təbib” idman klubunun məşqçi-müəllimi əməkdar məşqçi və beynəlxalq dərəcəli hakim, 4-cü dan qara kəmər ustası Qələndər Aslanovun sözlərinə görə, seminarda 180 nəfər idmançı iştirak edib. Onlar arasında ATU-nun şəhərdə olan tələbələrindən əlavə, Qobustan, Abşeron, Suraxanı, Sabunçu, Xətai, Nizami və Binəqədi rayonlarından olan 7 yaşından yuxarı məktəblilər, onların məşqçiləri və yığma komandanın üzvləri olub.
 
“Seminar iştirakçıları arasında yüksək perspektivli məktəbli idmançılar vardı ki, ötən illərdə uşaqlar, yeniyetmələr və gənclər arasında Avropa və dünya birinciliklərindən, eləcədə müxtəlif miqyaslı beynəlxalq turnirlərdən ölkəmizə medallar gətirmişdilər. Seminar iştirakçıları yaşlarına və kəmər dərəcələrinə görə 3 qrupa bölünmüşdü. Şəraitə uyğun olaraq, təlim məşqlərini böyük qruplara suyun içərisində, azyaşlılara isə qum üzərində məşqlər keçirildi”.
 
Q.Aslanov qeyd edir ki, uğurla keçən seminarın sonunda məktəbli idmançılara gigiyenik qaydalara riayət edilməsi, maska taxılması, əllərin tez-tez yumulması, spirtdən istifadə, immun sisteminin və əzələlərin zəifləməməsi üçün qida rejiminə diqqət olunması, evdə də olsa şəraitə uyğun idman məşqlərindən qalmamaq kimi tövsiyyələr verilib.
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı