AZ RU EN WEBMAIL
Xəbərlər
11.09.2020
ATU tələbələri ABŞ universitetinin virtual praktikasında iştirak ediblər
Azərbaycan Tibb Universitetinin stomatologiya tələbələri Can Barut və Fərid Tağıyev ABŞ Kaliforniya ştatının Loma Linda Universitetinin Stomatologiya fakültəsinin ağız üz-çənə cərrahiyyəsi kafedrasının virtual praktikasına qatılıblar.
Sentyabrın 10-da baş tutan praktika zamanı iştirakçıları ağız, üz-çənə cərrahiyyəsində tətbiq edilən yeni metod və texnologiyalarla tanış olublar.
 
Praktika proqramı Loma Linda Universitetinin Ağız üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, “American Board of Oral and Maxillofacial Surgery” təşkilatının Prezidenti, Professor Alan Herford, tərəfindən təşkil olunub. Tədbir zamnı Alan Herford və kafedranın assistent professor Karlos Moretta bu mövzuda elmi işləri təqdimatını təşkil ediblər. Həmçinin, kafedranın müəllim heyəti, burada tədris prossi üçün yaradılmış şəraitlə tanışlıq olub. Praktikada o cümlədən Amerikada üz-çənə cərrahiyəsi sahəsində təhsil, xarici ölkələrdə bu sahədə təhsil almış diş həkimlərinin ABŞ-da ixtisaslaşma proqramına qəbulu ilə bağlı məsələlər müzakirə olunub, məsləhətlər verilib.
 
Virtual praktikada ABŞ, Almanya, İtaliya, Fransa, Kanada və digər ölkələrdə təhsil alan stomatologiya tələbələri də iştirak ediblər, öz ölkələrində üz-çənə cərrahiyyəsi sahəsində təhsil və mövcud durum haqqında məlumat veriblər.
Azərbaycan Tibb Universitetinin tələbələri Can Barut və Fərid Tağıyev də praktikada ATU-dakı tədris proqramı, yüksək ixtisaslı stomatoloqların yetişdirilməsi üçün yaradılan şərait və s. barədə ətraflı məlumatı praktika iştirakçılarının diqqətinə çatdırıblar.
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı