AZ RU EN WEBMAIL
Xəbərlər
28.07.2020
"Rezidenturaya Birlikdə Hazırlaşaq” layihəsi çərçivəsində beşinci vebinar baş tutub

Azərbaycan Tibb Universiteti ,Azərbaycan Tibb Universiteti Tələbə Gənclər Təşkilatı və Azərbaycan Tələbə Gənclər Təşkilatları ittifaqı  “Rezidenturaya Birlikdə Hazırlaşaq”  layihəsinə start verib.

Layihə çərçivəsində  rezidenturaya hazırlaşan tələbə və məzunların hazırlıq prosesinə dəstək vermək məqsədi ilə müvafiq fənnlər üzrə ekspertlərin tələbələrlə  onlayn görüşləri  təşkil olunur.
Layihə çərçivəsində beşinci  onlayn görüş-vebinar Patoloji fiziologiya fənni üzrə baş tutub. Azərbaycan Tibb Universitetinin Patoloji fiziologiya kafedrasının Dosenti Sərdar Əliyev tələbələrlə görüşərək, fənn üzrə imtahana hazırlaşmağa dair tövsiyələrini iştirakçılarla bölüşüb və iştirakçılar tərəfindən ünvanlanan sualları cavablandırıb. Onlayn görüş Zoom platforması üzərindən həyata keçirilib və təşkilatın feysbuk səhifəsində canlı yayımlanaraq geniş izləyici kütləsinə çatdırılıb.
Fənn üzrə vebinarlar 25 və 28 iyul tarixlərində baş tutub. 2 vebinarda ümumilikdə 350 nəfərdən çox tələbə və məzun iştirak edib.
 
Məlumat üçün qeyd etmək istəyirik ki, ekspert müəllimlər tələbələrin ümumi rəyinə əsasən müəyyən olunub.
Növbəti vebinarlar haqqında məlumat almaq üçün Azərbaycan Tibb Universitetinin  və Azərbaycan Tibb Universiteti Tələbə Gənclər Təşkilatının sosial media hesablarını izləməyiniz xahiş olunur.

Patoloji fiziologiya fənni üzrə vebinarları təkrar izləmək üçün keçid : 
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı