AZ RU EN WEBMAIL
Xəbərlər
06.07.2020
ATU-da 2019/2020-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası başa çatdı

Azərbaycan Tibb Universitetində (ATU) onlayn şəkildə keçirilən semestr imtahanları uğurla başa çatıb. Bu barədə ATU-nun İmtahan Mərkəzinin müdiri Ülkər Cəfərova məlumat verib. O bildirib ki, universitetdə 2019/2020-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyasına iyun ayının 5-də start verilib, iyul ayının 3-də isə imtahanlar yekunlaşıb: "Bilirsiz ki, bu sessiyada buraxılış kurslarının heç biri olmadı. Müvafiq olaraq, üç, dörd və beşinci kurslarla fakültələrə uyğun olaraq sessiyamızı yekunlaşdırdıq. İmtahanlarda ciddi problemlərlə qarşılaşmadıq. Texniki qüsurlar yaranıb, amma bunların heç biri universitet olaraq nə bizim şəbəkə ilə, nə də imtahanların yaradılması ilə bağlı deyildi. Bunlar adətən imtahan verən tələbənin yaşadığı ərazidə internetin zəifliyi, işığın olmaması kimi texniki problemlər olduğu üçün onlar imtahana girə birməyiblər”.

 

Ü. Cəfərova qeyd edib ki, universitet rəhbərliyi müəyyən problemlər səbəbindən onlayn imtahanda iştirak edə bilməyən tələbələrə gün ərzində imtahana qoşulmaq şansını yaradıb: “Məsələn, səhər saat 10:00-da imtahanı olan tələbə, müəyyən problemlərə görə qoşula bilməyibsə, biz gün ərzində onun imtahan verməsi üçün şərait yaradırdıq. Həmçinin onu da qeyd edim ki, bəzi tələbələrin imtahan gedişində yaranan problem ucbatından proses yarımçıq kəsilib. Həmin tələbələr üçün 4 iyulda əvvəlcədən planlaşdırılmış qaydada təkrar imtahan keçirilib. Bu şəxslərin texniki problemlərinin doğruluğu dekanlıqlar və bizim şöbə tərəfindən yoxlanılandan sonra onlar təkrar imtahana buraxılıblar”.

 

İmtahan Mərkəzinin müdiri imtahanlar zamanı appelyasiyaya müraciətlər olduğunu da bildirib. Əvvəlki illərlə müqayisədə, builki əsaslı appelyasiyaların sayının az olduğunun müşahidə edildiyini vurğulayıb.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı