AZ RU EN WEBMAIL
Xəbərlər
22.05.2020
İctimai Səhiyyə fakültə rəhbərliyi 2019/2020-ci tədris ilinin məzunları ilə distant görüş keçirib

ATU-nun İctimai səhiyyə fakültəsinin rəhbərliyi 2019/2020-ci tədris ilinin məzunları ilə distant görüş təşkil edib. Görüşdə İctimai səhiyyə fakültəsinin dekanı professor Anar Ağayev və dekan müavini Qalina Qəniyeva iştirak ediblər.

 

Tədris ilinin yekunlarına həsr edilmiş onlayn toplantıda bəzi zəruri məsələlərlə bağlı müzakirələr aparılıb, tələbələr bu dövrdə əldə etdikləri bilik və təcrübə barədə danışıblar.

 

Həmçinin, 2020-ci ilin ilk yarısında təhsil-tədris sahəsində baş verənlər qiymətləndirilib. Sonda fakültə rəhbərliyi İctimai səhiyyə fakültəsinin məzunu adını alan tələbələrə gələcək yollarında uğur və müvəffəqiyyət arzulayıblar.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı