AZ RU EN WEBMAIL
Xəbərlər
15.05.2020
ATU-nun İctimai səhiyyə fakültəsində videokonfrans keçirilib

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) İctimai səhiyyə fakültə rəhbərliyi universitetdə fəaliyyət göstərən bəzi kafedra rəhbərlərinin iştirakı ilə videokonfrans keçirilib.

 

Onlayn konfransda 2020-2021-ci tədris ili üçün İctimai səhiyyə fakültəsinin nəzdində bakalavr və magistr pillələri üzrə qəbul planının keçirilməsi müzakirə edilib. Qeyd edilib ki, cari tədris ilinin başlanğıcında ali tibb bacısı, fizioterapist və reablitoloq ixtisaslarına qəbul olunacaq tələbələr üçün tədris olunacaq fənnlər üzrə işçi tədris planı hazırlanıb. Bu məqsədlə mütəmadi keçirilən iclaslarda müvafiq fənlərin tədris olunacağı kafedralara həmin fənlər üzrə tədris proqramı hazırlamaq, eləcə də kafedralar tərəfindən təhsilin keyfiyyətinin yüksək şəkildə təşkilini təmin etmək məqsədi ilə yeni təklif və tövsiyələrlə çıxışların hazırlanması tapşırılıb.

 

COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycanda tətbiq edilən karantin vəziyyətini nəzərə alaraq, İctimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev yeni yaradılmış ixtisaslara qəbul olunacaq tələbələrə dərs keçəcək kafedra əməkdaşları ilə onlayn görüş keçirib. Onlayn iclasda tədris proqramlarının vəziyyəti müzakirə edilib. Sonda proqramlarda olan çatışmazlıqların aradan qaldırılması, yeni əlavə və dəyişikliklərin edilərək, növbəti iclasda müzakirəyə çıxarılacağı qərara alınıb.

 

Qeyd edək ki, fakültənin yeni ixtisasları üzrə II uşaq xəstəlikləri kafedrasının dosenti Fəxriyyə Məmmədova və İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının assistenti Aygün Babayeva koordinator təyin olunub.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı