AZ RU EN WEBMAIL
Xəbərlər
14.02.2020
İki kafedranın birgə seminarı
Rezidentlər üçün növbəti ənənəvi seminar bu gün ATU-nun Tədris Cərrahiyyə Klinikasında Ağız və üz-çənə cərrahiyyəsi, Qulaq, burun və boğaz kafedralarının birgə iştirakı ilə keçirilib.
 
 
Xəstə təhlili ilə başlayan seminarda açılış nitqi ilə çıxış edən Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimov 2011-ci ildən ölkəmizdə rezidentura məktəbinin təsis olunduğunu xatırladaraq ilk gündən rezidentlərlə işbirliyi yaratmağa çalışdıqlarını  deyib: “Artıq onlar tələbəçilik əhvali-ruhiyyəsindən uzaqlaşmalı, kolleqalarımız kimi formalaşmalıdırlar. Biz rezidentlərdən referativ iş deyil, bu sahənin ən qabaqcıl məlumatlarını və təhlilini gözləyirik. Gərək bizi gündəlik bir ritmdə saxlasınlar ki, arxamızca kimlərin gəldiyini bilək. Vaxt etibarı ilə imkanlarının bizdən daha çox olduğunu nəzərə alsaq, onlardan gözləntilərimiz də böyükdür”.
 
 
Rezidentura şöbəsinin Tədris Cərrahiyyə Klinikası üzrə məsul şəxsi, assistent  Namiq Xəlilov, Qulaq, burun və boğaz kafedrasının müdiri, professor Vəfa Pənahian hər iki  kafedranıın birgə seminarlar keçirməsinin əhəmiyyətini,  qarşılıqlı əməkdaşlığın gələcəkdə  də davam etdirilməsinin vacibliyini vurğulayıblar.
 
 
Sonra Ağız, üz və çənə cərrahiyyəsi şöbəsinin V kurs rezidenti Pərvin Həsənova “Parotidektomiya əməliyyatı sonrası yaranan sinir patologiyaları və diaqnostikası”, Qulaq, burun və boğaz şöbəsinin II kurs rezidenti Dilarə Əzimli isə “Nazal poliplər” mövzusunda məruzə ilə çıxış ediblər.
Seminarın gedişində mövzulara dair suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı