AZ RU EN WEBMAIL
Xəbərlər
14.02.2020
Şüa diaqnostikası rezidentlərinin seminarları davam edir
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında şüa diaqnostikası rezidentlərinin seminarlarına start verilib. Qrafikə əsasən, yeni tədris ilində seminarlar iyun ayınadək davam edəcək. 
 
 
İlk seminarda III kurs rezidenti Dursun Həsənov “Qaraciyər və öd yollarına invaziv müdaxilələr” mövzusunda çıxış edib. Müasir radiologiyanın ən maraqlı sahələrindən biri olan invaziv radiologiyaya həsr olunmuş məruzədə qaraciyər və öd yollarında mövcud olan  müxtəlif problemlərin invaziv yolla həlli, bu sahədə olan yeniliklər və şəxsi praktikasından danışdı və sonda  sualları cavablandırıb.
 
 
Hazırda kafedrada müxtəlif kurslar üzrə 42 nəfər rezidentura təhsili alır, onlardan 4-ü xarici vətəndaşdır. Rezidentlərin nəzəri və praktiki fəaliyyətləri ilə yanaşı, onlarda elmi potensialın güclənməsi və  auditoriya bacarıqlarıının formalaşmasında vaxtaşırı keçirilən seminar və konfransların mühüm əhəmiyyəti var. Tibb təhsilinin master pilləsi sayılan rezidenturanın  keyfiyyətli tədrisi səhiyyəmizin gələcəyini təmin edən prioritet məsələlərdən biridir.
 
 
Azərbaycan Tibb Universitetində bu vacib məsələnin müvəffəqiyyətli həlli üçün hər cür şərait var. Rezidentlərlə işin düzgün qurulması  onların gələcəkdə savadlı həkim, pedaqoq və alim kimi yetişməsində  mühüm rol oynayır. Odur ki, kafedra rəhbərliyi bu sahədə calışan  gənc həkiməri və rezidentləri seminarlarda iştiraka dəvət edir.
 
 
Qeyd edək ki, Şüa diaqnostikası rezidentlərinin seminar cədvəli ATU-nun Şüa diaqnostikası və şüa terapiyası kafedrasının rəsmi saytında paylaşılıb.
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı