AZ RU EN WEBMAIL
Xəbərlər
13.01.2020
ATU tələbələri imtahan nəticələrini elektron öyrənəcək
Əsas fəaliyyət istiqamətlərini elektronlaşdıran Azərbaycan Tibb Universiteti (ATU)  daha mühüm bir dəyişikliyə imza atıb. Belə ki, universitet tələbələrinin imtahandan topladığı nəticəni öyrənməyə imkan verən vahid elektron baza – Tələbə Məlumat Sistemi istifadəyə verilib. 
 
 
Bu barədə məlumat verən ATU-nun İnformasiya sistemlərinin təşkili və idarəetmə mərkəzinin müdiri Rəmzi Əliyev qeyd edib ki, belə bir bazanın yaradılması üzərində nə vaxtdır, iş gedirdi:
“Artıq “results.amu.edu.az” ünvanında Tələbə Məlumat elektron resursu istifadəyə verilib. Universitetimizin hər bir tələbəsi özünəməxsus nömrə və ya imtahan kodu ilə sistemə daxil olaraq imtahandan öncə ballarını və imtahandan sonra əldə etdiyi nəticəni öyrənə bilər”. 
 
 
R.Əliyevin sözlərinə görə, 2019/2020 payız semestrindən başlayaraq ATU-nun yuxarı kurs tələbələri bu resursdan yararlana bilərlər. Bu resursun yaradılması təlbələrin əlavə vaxt itkisindən azad edir. Onların dekanlığa yaxınlaşmasına, hansısa məlumatı öyrənməsinə ehtiyac qalmır. Bu, bütövlükdə imtahan prosesinin daha da şəffaflaşdırılması, tələbə-müəllim təmasının minimuma endirilməsi istiqamətində aparılan işlərə töhfədir. 
 
 
Qeyd edək ki, tələbələr imtahandan sonra results.amu.edu.az ünvanına daxil olub öz imtahan kodları ilə nəticələri dərhal dəqiqləşdirə bilərlər.
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı