AZ RU EN WEBMAIL
Xəbərlər
08.01.2020
ATU rəsmiləri qış imtahan sessiyasının gedişini izləyiblər

Dekabrın 28-dən etibarən payız semestrinin qış imtahan sessiysı başlayıb.

 

Xəbər verildiyi kimi, dekabrın 14-də imtahana hazırlıqla bağlı ATU-nun tədris və müalicə işləri üzrə prorekoru, professor Sabir Əliyevin nəzarətçilərlə görüşü olub. Görüşdə fakültə dekanları, şöbə müdirləri də iştirak edib. Qeyd edilib ki, imtahanlrın şəffaflıq şəraitində və daha da obyektiv keçirilməsi üçün nəzarətçilərə ciddi tapşırıqlar verilib.

 

Əczaçılıq fakültəsinin dekanı, dosent Kamandar Yaqubovun bildirdiyinə görə, I kursların imtahanlarında dəyişiklik edilib. Belə ki, qeyri-tibbi fənlərdən tələbələr 25 sualdan 10 sualı imtahan mərkəzində olan digər testlərdən olmaqla cavablandırıblar və bu suallar internetdə yerləşdirilmir. 15 sual isə nümunəvi test tapşırıqları adı altında universitetin saytında yerləşdirilən suallardan düşür. Tibbi fənlərdən isə 5 sual universitetin sayıtında yerləşdirilən suallardan, 20-si isə gizli suallardan düşür. Bu da tələbələrin imtahana hazırlıq səviyyəsinin artmasına xidmət edir. II, III və IV kurs tələbələri 25 sualdan 15- ni universitet sayıtında yerləşdirilən suallardan, 10-nu isə gizli hesab olunan suallardan olmaqla cavablandırır. Digər kurslarda isə test imtahan suallarının hamısı universitetin sayıtında yerləşdirilir.

 

Magistratura pilləsində isə imtahanlar hər iki kursda həm test üsulu ilə, həm də yazılı formada aparılır.

 

Qeyd edək ki, I müalicə profilaktia fakültəsi üzrə 2135, II müalicə profilaktika üzrə 2141, stomatologiya üzrə 1111, əczaçılıq üzrə 467, İctimai səhiyyə üzrə 395, Hərbi tibb fakültəsi üzrə isə 384-ü həkim və 44 nəfəri feldşer olmaqla imtahan verəcəklər. Verilən məlumata görə imtahan sessiyası başlayandan bu günə (dekabrın 30-dək) kimi 5275 nəfər tələbə imtahan verib və imtahanlar gələn il fevralın 5-dək davam edəcək.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı