AZ RU EN WEBMAIL
Xəbərlər
09.12.2019
ATU-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Nəsimi Rayon İcra Hakimiyyəti və Azərbaycan Tibb Universiteti ilə birgə təşkil olunub. Millət vəkilləri və ATU-nun professor-müəllim heyətinin iştirakı ilə baş tutan tədbirdə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra tədbir iştirakçılarına dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən videoçarx təqdim edilib. Tədbirdə çıxış edən ATU rektoru, professor Gəray Gəraybəyli Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müasir müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışıb. O, Heydər Əliyevin unudulmaz şəxsiyyət və dərin zəka sahibi olduğunu bildirib. Onun sözlərinə görə, Heydər Əliyev Azərbaycan elminə və təhsilinə himayədarlıq edib, bu sahədə çalışanlara, xüsusilə də, səhiyyə işçilərinə həmişə diqqət və qayğı göstərib.

 

Rektor G.Gəraybəyli Azərbaycanda səhiyyə sahəsinin inkişafı və peşəkar tibbi kadrların hazırlanmasının məhz Ulu Öndərin adı ilə bağlı olduğunu xatırladıb: “Heydər Əliyev ömrünün 30 ildən çoxunu Azərbaycan xalqına həsr edib. Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin qüdrətlənməsi üçün olan addımları, xalqa qayğısı daim göz önündə olub. Məhz Heydər Əliyevin fədakar əməyinin, uzaqgörən rəhbərlik və təşkilatçılıq istedadının sayəsində həmin illərdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artıb, ölkə daxilində siyasi sabitlik qorunub, iqtisadi və sosial həyat səviyyəsi yüksəlib”. Rektor G. Gəraybəyli ATU-nun stomatoloji və onkoloji klinikalarının Ümummilli Lider Heydər Əliyevin böyük qayğısı sayəsində yaradıldığını diqqətə çatdırıb.

 

Qeyd edib ki, Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin dəstəyi ilə universitetin çoxprofilli terapevtik və cərrahiyyə klinikaları inşa edilib. Bu tibb müəssisələri ən müasir avadanlıqla təchiz olunaraq, əhaliyə dünya standartlarına uyğun səviyyədə tibbi xidmət göstərir. Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi və dövlət idarəçiliyi təcrübəsindən danışıb. Müdrik rəhbərin səhiyyə sahəsinin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib.

 

A. Əsgərovun sözlərinə görə, bu gün Azərbaycanda iqtisadiyyat, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan nailiyyətlər Ulu Öndərin siyasətinin nəticələridir: “Ümummilli Lider Heydər Əliyev Azərbaycan üçün bir tapıntıdır. Çünki Heydər Əliyev yalnız millətinin gələcəyini düşünüb, demək olar ki, öz canını fəda edib. İkinci dəfə Heydər Əliyevin hakimiyyətə gəldiyi zaman xalqı üçün etdiklərini xatırladıqda da görürük ki, o, hakimiyyətə gəlməsəydi, Azərbaycanın xanlıqlara bölünməsi, dünya xəritəsindən silinməsi təhlükəsi yarana bilərdi”. Tədbir öz işinə bədii hissə ilə davam edib.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı