AZ RU EN WEBMAIL
Xəbərlər
03.12.2019
Həkim: “Kolposkopiya müayinəsi vasitəsilə uşaqlıq boynun xərçəngi aşkar etmək olar”

Qadınlarda onkoloji xəstəliklər arasında uşaqlıq boynun xərçəngi rastgəlmə tezliyinə görə ikinci yeri tutur. Bu xəstəlikdən qorunmağın əsas skrininq metodlarından biri – kolposkopiyadır. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ən müasir kolposkop cihazı istifadə edilir.

 

Müayinəni həyata keçirən ATU-nun I mamalıq-ginekologiya kafedrasının assistenti, t.ü.f.d. Sevinc İsmayılovanın sözlərinə görə, uşaqlıq boynu xəstəliklərində erkən diaqnostika və yeni skrininq texnologiyaların tətbigi uşaqlıq boynun xərçəngin profilaktikası üçün əlavə imkanlar yaradır: “Bu qadınların sağlamlığının qorunması üçün perspektivlər açır. Xərçəngönü xəstəlikləri və uşaqlıq boynun xərçəngin diaqnozunda müxtəlif metodlardan istifadə olunur, lakin ən çox Klinik-vizual metod, kolposkopiyanın tətbiqi təcrübə üçün əlverişli hesab olunur. Qadınlara 25 yaşından başlayaraq, mütəmadi şəkildə kolposkapiya müayinəsindən keçmələri tövsiyə edilir. Bununla da qadınlarda uşaqlıq boynunun xərçəngini erkən mərhələdə aşkar etmək olar. Xəstəliyi vaxtında müalicə etməklə, ağır fəsadların qarşısını almaq mümkündür”.

 

Ginekoloq S. İsmayılovanın dediyinə görə, uşaqlıq boynu xərçənginin erkən mərhələdə aşkar edilməsi bu xəstəlikdən tam müalicəyə zəmanət verir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı