AZ RU EN WEBMAIL
Xəbərlər
02.12.2019
ATU-nun uşaq kardioloqu təlim kursunda iştirak edib

Bakıda Pediatrik reanimasiya və təcili pediatrik yardım üzrə təlim kursu keçirilib. İki gün davam edən kursda Azərbaycan Tibb Universitetini (ATU) Tədris Cərrahiyyə Klinikasının uşaq kardioloqu Elşən Rzayev təmsil edib.

 

E. Rzayev tədbirdə “Ürək çatışmamazlığı və döş qəfəsində ağrılar” mövzusunda məruzə ilə çıxış edib.

 

Təlim kursunda Ankara Universitetinin uşaq kardioloqu professor Tayfun Uçar, Ankara Universitetinin uşaq reanimatoloqu professor Tanil Kendirli, Türkiyə uşaq təcili yardım və reanimasiya dərnək başqanı professor Murat Duman və Çukurova Universitetinin uşaq reanimatoloqu professor Dinçer Yıldızdaş məruzələrlə çıxış ediblər.

 

Qeyd edək ki, kurslar ürkiyənin Ankara Universitetinin Tibb fakültəsi, Azərbaycan Tibb Universiteti, Türkiyənin Çocuk Acil Tibb və Yoğun Bakım Derneyi və "Uptodate Medicine" təşkilatı ilə birgə təşkil olunub.
Sonda çıxışçılar sertifikartla təltif olunublar.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı