AZ RU EN WEBMAIL
Xəbərlər
08.11.2019
Professor Misir Mərdanov ATU-da maraqlı məruzə ilə çıxış edib

Noyabrın 8-də Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında seminar keçirilib.

 

Seminarı ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov açaraq bildirib ki, dəyərli alim, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov universitetin qonağıdır. Seminarın məhz Misir müəllimin təşəbbüsü ilə baş tutduğunu qeyd edən prorektor, əsas məqsədin ATU-nun doktorant, dissertant və alimlərinə İmpact Factor jurnallarında nəşr olunması üçün məqalələrin hazırlanma qaydaları və texnoloji incəlikləri barədə ətraflı məlumat verilməkdən ibarət olduğunu qeyd edib. Universitetin əməkdaşlarının 2015-2016-cı illərdə 35 ədəd, 2017-2018-ci illərdə 101 ədəd yazdığı məqalələrin İmpact Factor jurnallarında dərc olunduğunu diqqətə çatdırıb. Hazırda isə dərc olunan məqalələrin 140-a yaxın olduğunu vurğulayıb.

 

R.Bəylərov həmçinin bildirib ki, ATU-nun mövcud potensialla bu qədər dərc olunan məqalələrin az olduğunu diqqətə çatdıraraq bildirib ki, bugünkü mühazirə çox güman universitetimizdə elmi işlərin sayını artırmağa təkan verəcəkdir.

 

Sonra söz AMEA-nın müxbir üzvü, professor Misir Mərdanova verilib. M.Mərdanov seminar iştirakçıları qarşısında “Nüfuzlu elmi jurnallara məqalə hazırlamağın yolları” mövzusunda çıxış edib. Məruzəçi məqaləni necə hazırlamaq, jurnalı necə seçmək və çap olunacaq jurnallara məqalələri təqdim etmə qaydaları barədə iştirakçılara ətraflı məlumat verib.

 

Professor həmçinin onu da bildirib ki, WOS-un bazasına Azərbaycandan 8 jurnal, Scopusun bazasına isə 7 jurnal daxil edilib. Scopusun bazasına daxil olan jurnallardan ikisi - “Azerbaijan Pharmaceutical and Pharmacothearapy”, “Azerbaijan Medical” tibbi profilli jurnallardır. Onlaradn da “Azerbaijan Medical” jurnalı ATU-ya aiddir. Bunu Tibb Universitetinin bir uğuru kimi dəyərləndirən professor M.Mərdanov bir sevindirici xəbəri də diqqətə çatdırıb. Qeyd edib ki, əvvəllər Azərbaycan beynəlxalq arenada elmi məqalələrin dərcinə görə Cənubi Qafqazda sonuncu yerləri bölüşdürürdü. Amma 2018-ci ildə Web of Sciencenin bazasında olan jurnallarda çap olunmuş məqalələrin sayına görə Azərbaycan Cənubi Qafqaz respublikaları arasında ilk dəfə olaraq I yeri tutub. Belə ki, Azərbaycandan 1451, Ermənistandan 1216, Gürcüstandan 1187 məqalə dərc olunub. Bunlaradan 773-ü AMEA-nın institutlarının, 342-si BDU-nun, 129-u isə RMİ-nin əməkdaşlarının payına düşür.
Professor M.Mərdanov gənc alimlərə əsas ingilis dilini öyrənməyi tövsiyə edib və bu dili yaxşı mənimsəyərək elmi məqalələr üzərində diqqətlə işləməyi, sayını artırmağı diqqətə çatdırıb. Elmi məqalələri nüfuzlu jurnallarda çap olunan müəllifin hansı faydaları əldə edəcəyini diqqətə çatdırıb.

 

Seminar disskusiya əsasında başa çatıb. Professor M.Mərdanov çoxsaylı suallara cavab verib.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı