AZ RU EN WEBMAIL
Xəbərlər
08.11.2019
ATU tələbələri mötəbər yarışmada uğurlu çıxış ediblər

Azərbaycan Tibb Uuniversitetinin (ATU) tələbələri təhsillə yanaşı, digər sahələrdə də uğur qazanmaqdadır. bunlardan biri də idman sahəsidir. Bu günlərdə ATU tələbələri kyukoşin üzrə 1-ci açıq Milli Azərbaycan çempionatında qələbə qazanaraq yüksək yerlərə layiq görülüblər.

 

Dünya Kyokuşin Birliyi (Kyokushin World Union) Azərbaycanın təşkilatçılığı ilə uşaqlar, yeniyetmələr, gənclər, kişilər və qadınlar arasında 1-ci açıq Milli Azərbaycan çempionatında 30 komanda tərkibində 240 idmançı iştirak edib. Onlar arasında ATU-nun “Təbib” idman klubunun üzvləri də olub.

 

çümpionatdakı uğurlu çıxışlarından sonra ATU-nun Stomatologiya fakültəsinin III kurs tələbəsi Leyla Xudiyeva 60 kq çəki dərəcəsində III yeri tutub. II kurs tələbələri Nəstərən Qərari (70 kq çəki dərəcəsi) və Nesa Xeyrullahniya (+70 kq mütləq çəki) 1-ci yerə çıxamaqla qızıl medal qazanıblar.

 

Qeyd etmək yerinə düşər ki, ATU tələbələri arasında Kyokuşin karate ilə məşğul olanlarla yanaşı, hakim qismində çalışanları da var. Yarışlardan əvvəl keçirilən test və təcrübi hakimlik seminarlarında fəal iştirak edən tələbələrin bəziləri bu işdə də özlərini sübut edə biliblər. Belə ki, universitetin İctimai Səhiyyə Fakültəsinin V kurs tələbəsi Arzu İsmayılov, Hərbi Tibb fakültəsinin IV kurs Fərman Süleymanov və Stomatologiya fakültəsinin II kurs tələbəsi Samir Hüseynov bu yarışda hakimlik etmək üçün vəsiqə qazanıblar.

Bu mötəbər yarışda ATU-nun IV-VI kurs tələbələrindən bəziləri ilkin tibbi yardım xidmətində təmsil olunublar. Yarışdan əvvəl onlar üçün ilkin tibbi xidmətin təşkili ilə bağlı xüsusi seminarlar təşkil olunub. Nəticədə Turan Əliyeva, Elcan Həmidli, Maya Nəğdizadə, MPF-1 V-VI kurs tələbələri Şükriyyə Əliyeva, Ehtibar Abbasov, İrman Nəsirov və Fərid Cavadzadə bu işdə də ATU-nu layiqli təmsil edə biliblər. Stomatologiya fakültəsinin dekanı dosent Səid Əhmədovun rəhbərliyi ilə tələbələr döyüşlər zamanı zədə alan idmançılara ilkin tibbi yardım göstərilməsi üçün lazımi avadanlıqlar və dərman preparatları ilə təmin olunmuşdu.

 

Bu xidmətdə təmsil olunan Elcan Həmidli bu vəzifənin məsuliyyətli oilduğunu deyir: “Döyüşlərin hamısını diqqətlə izləmək lazım idi ki, zədə alan idmançıya vaxtında lazımi yardımı göstərə biləsən. Bəzən güclü zərbələrdən idmançı sarsılırdı və həkimin rəyi olmadan idmançının döyüşü davam etdirməsinə icazə verilmirdi. Ona görə də döyüşlər zamanı zədə alan idmançıya operativ yardım etmək üçün tam məsuliyyətimizlə çalışırdıq. Hətta qadağan olunmuş zərbədən idmançı zədələnirdisə, hakimlərdən çox həkimin rəyi qərarı dəyişə bilirdi. Belə yarışlar bizim üçün böyük təcrübə idi, gələckdə dəvət etsələr, yenə də qatılmağa hazırıq”.

 

Dünya Kyokuşin Birliyi Azərbaycanının sədri, Azərbaycan çempionatının baş hakimi, beynəlxalq dərəcəli hakim, əməkdar məşqçi Qələndər Aslanovun sözlərinə görə, çempionata qatılmaq istəyən tələbələrlə yanaşı, ATU-nun müxtəlif fakültələrindən olan Könüllülər də təşkilati işlərdə aktivlik nümayiş etdiriblər.

 

Belə könüllülərdən biri - ATU-nun Tələbə Gənclər Təşkilatının sədri Rauf Vəliyev deyir ki, tələbələr bu cür yarışlarda Könüllü olmağa çox həvəs göstərirlər: “Çempionata könüllülərin cəlb olunmasında iştirak edirdim. Əvvəlcədən onlarla görüşüb onları təlimatlandırdım, müvafiq geyimlə təmin etdim. Tələbələrimiz də yarış günü böyük həvəslə öz işlərinin öhdəsindən gəldilər”.

 

Qeyd edək ki, çempionatda işləyən könüllülər qrupuna ATU-nun Stomatologiya fakültəsinin tələbələri Ülkər Hüseynova, Rəsul Mustafazadə, İctimai Səhiyyə Fakültəsinin tələbələri Aysel İsmixanova, Rəşad Qurbanzadə, Abyət Vəlizadə, Əczaçılıq fakültəsinin tələbələri Zöhrə Məmmədova, Firəngiz Abasova, Güllər Şərifova daxil olublar.

 

Yarışmada könüllü qismində iştirak edən Aysel İsmixanova özü karate ilə məşğul olmasa da, könüllü kimi bu tədbirdə iştirak etmək təklifini maraqla qarşılayıb: “Çempionatdan öncə azyaşlı uşaqların döyüşünə baxanda qərara aldım ki, vaxt tapıb məşqlərə başlayacağam. Mən yarışın aparıcısı kimi idmançıları döşəyə dəvət edirdim, qalib idmançını elan edirdim. Çox məsuliyyətli iş idi. Əvvəl mikrofonu əlimə alanda səsim həyəcandan titrəyirdi. sonradan sakitləşdim və fikrimcə, mənə verilən tapşırıqların öhdəsindən layiqincə gəldim”.

 

Çempionatın sonunda tibbi xidmət göstərən, könüllülər qrupunda təmsil olunan və hakimlik edən ATU tələbələrinə Təşəkkürnamələr təqdim olunub.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı