AZ RU EN WEBMAIL
Xəbərlər
09.10.2019
Bu gün rezidentlər imtahan verir

Azərbaycan Tibb Universitetində təhsil alan rezidentlərin oktyabrın 9-da İmtahan Mərkəzində ixtisaslar üzrə dövri attestasiyasına start verilib.

 

İmtahan Mərkəzinin icraçı direktoru Ülkər Cəfərova prosesin 2 gün davam edəcəyini və yekun imtahanının isə oktyabrın 28-də keçiriləcəyini bildirib: “Rezidentlər ixtisaslar üzrə imtahanları nəzərdə tutulduğu kimi iki növbəli MODUL sistemi əsasında verir. Bu il də imtahana düşən test suallarında dəyişiklik və təkmilləşdirmə işləri aparılıbdır. Rezidentlər 50 dəqiqə ərzində 50 suala cavab verməlidir. Bir sual 2 balla qiymətləndirilir. 30 sualdan yuxarı dəqiq cavab verən rezident imtahandan müvəffəqiyyət qazanmış hesab olunur. Yekun imtahanlarında açıq tipli suallardan da istifadə olunacağı nəzərdə tutulub”.

 

Ü.Cəfərova 2 gün ərzində mindən çox rezidentin imtahan verəcəyini, öz qabiliyyət və bacarıqlarını nümayiş etdirəcəklərini də diqqətə çatdırıb.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı