AZ RU EN WEBMAIL
Xəbərlər
04.10.2019
ATU Qrodno Dövlət Tibb Universiteti ilə əməkdaşlıq edəcək

Rektor Gəray Gəraybəyli Qrodno Dövlət Tibb Universitetinin rəhbər nümayəndələri ilə görüşüb

 

Azərbacyan Tibb Universiteti 90 il ərzində topladığı zəngin təcrübəni, əldə etdiyi nailiyyətləri paylaşmağa hazırdır. Bu fikir ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə Qrodno Dövlət Tibb Universitetinin nümayəndələri arasında keçirilən görüşdə səsləndirilib.

 

Rektor Gəray Gəraybəyli Belarusun aparıcı ali məktəblərindən biri olan Qrodno Dövlət Tibb Universiteti ilə əlaqələrin formalaşdırılması və inkişafı üçün lazımi addımların atılmasına hazır olduğunu bildirib: “Artıq iki gündür ATU ilə tanış olursunuz. Universitet nəzdindəki klinikalarımız, tədris mərkəzlərimizi ziyarət etmisiz, gördüyümüz işlərin bir qismini müşahidə etmisiniz. Biz təcrübəmizi bölüşməkdən məmnun olardıq”.

 

ATU rektoru G.Gəraybəyli bildirib ki, iki ali məktəbin əlaqələr qurması və bir çox sahələrdə əməkdaşlıq üçün münbit şərait var. Çünki Azərbaycan və Belarus arasında vətəndaşların gediş-gəlişi üçün viza tələb olunmur, insanlar ortaq dildə danışa bilir ki, bu da tələbə, rezidentlərin mübadiləsi ilə yanaşı, master klasların təşkilinə, ortaq elmi araşdırmaların aparılmasına imkan verir.

 

Qrodno Dövlət Tibb Universitetinin müalicə işi üzrə prorektoru, dosent Vitaliy Şişko iki gün ərzində ATU-nun klinikalarında yaradılan vəziyyətlə tanış olduqlarını, xeyli məlumat və bilik əldə etdiklərini bildirdi. Rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verən prorektor Qrodno Dövlət Tibb Universitetində mövcud fakültələr, tələbə sayı, tədris dilləri, beynəlxalq əlaqələr haqqında ətraflı danışdı. İndiyədək Rusiya, Moldova, Polşa və digər ölkələrin universitetləri ilə əlaqələrin formalaşdığını deyən V.Şişko bunlar arasında ATU-nu da görməkdən məmnun olacağını bildirdi.

 

Görüşdə Qrodno Dövlət Tibb Universitetinin laboratoriya rəhbəri Mixail Kurbat, ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov, beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev iştirak edirdilər. Görüşdə gələcək əlaqələrin inkişafı ilə bağlı müzakirələr aparıldı.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı