AZ RU EN WEBMAIL
Xəbərlər
12.09.2019
Konqres öz işini ürək-damar cərrahiyyəsinə həsr olunmuş konfransla davam etdirib

Sentyabrın 11-də Azərbaycan Tibb Universitetində öz işinə başlayan XVIII Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar konqresi bölmə iclasları ilə davam edir.

 

Bu gün konqresin davamı olaraq ATU-nun Tədris Cərrahiyyə Klinikasında ürək-damar cərrahiyyəsinə həsr edilmiş konfrans baş tutub. Konfransı Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev açaraq ilk növbədə həmkarlarına və bütün iştirakçılara tədbirə qatıldıqlarına görə minnətdarlığını bildirib. Avrasiya Beynəlxalq Cərrahiyyə Konqresinin artıq bir ənənəyə çevrildiyini deyən K.Musayev ildən-ilə buraya qoşulan ölkələrin, qonaqların sayının artığını diqqətə çatdırıb: “Bu dəfə ölkəmizdə keçirilən Avrasiya Beynəlxalq Konqresində 25-ə yaxın ölkədən 150-dən çox qonaq iştirak edir. Mən bu münasibətlə başda professor Rauf Ağayev olmaqla konqresin təşkilatçılarını təbrik edirəm və onlara uğurlar arzulayıram. Bu cür beynəlxalq konqreslərin ölkəmizdə təşkil olunması iki cəhətdən çox vacibdir. Birincisi, bizim dünyada olan inkişafdan, irəliləyişlərdən xəbərdar olmağımız üçün bu cür toplantılarda iştirakımız vacibdir. İkincisi isə, bu cür toplantıların keçirilməsi ölkəmizdə səhiyyənin inkişafının bir göstəricisidir”.

 

Bu cür beynəlxalq toplantıların bölgəmizdəki, o cümlədən səhiyyəmizdəki inkişafı xarici həmkarlarımıza göstərmək fürsəti verdiyini vurğulayan tanınmış ürək cərrahı ölkə cərrahiyyəsində özünəməxsus yer tutan, avanqard rol oynayan Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin həm böyüklərdə, həm də uşaqlarda ürək cərrahiyyəsini çox uğurla davam etdirdiyini, bundan sonra da həm elmi, həm praktiki fəaliyyətlərində yeni-yeni nailiyyətlərə imza atacaqlarını söyləyib. O, cərrahiyyə və qastroenterologiya ağırlıqlı bir beynəlxalq konqresdə tam bir günü ürək-damar cərrahiyyəsinə ayırdıqlarına görə proqramın təşkilatçılarına da təşəkkür edib.

 

Bundan sonra Rusiya Fedarasiyasından doktor A.Maqemedov “Dağıstan Respublikasında ürək-damar cərrahiyyəsinin qurulması”, Azərbaycandan professor K.Musayev “Aortal qapağın tam rekonstruksiyası” mövzusunda məruzələrlə çıxış ediblər. Digər yerli və xarici mütəxəssislərin ürək-damar cərrahiyyəsinin aktual problemlərinə dair məruzələri də maraqla qarşılanıb. Mütəxəssislər konfrans iştirakçılarının ayrı-ayrı mövzularla əlaqədar çoxsaylı suallarını da cavablandırıblar.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı