AZ RU EN WEBMAIL
Xəbərlər
22.08.2019
BƏƏ-dən olan tələbələrin ATU-da praktikası yekunlaşıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) RAK Tibb və Sağlamlıq Elmləri Universitetinin tələbələri ATU-da praktika keçib. 3 həftə davam edən praktika zamanı 3-cü və 4-cü kurs tələbələri ATU-nun Tədris Cərrahiyyə Klinikasında müalicə işi üzrə biliklərini artırıblar. Qonaq tələbələr bu müddət ərzində klinikalarda keçirilən əməliyyatlarda iştirak ediblər, treyninq mərkəzlərində keçirilən tədbirlərə qatılıblar.

 

Bu gün BƏƏ-dən olan tələbələr praktikanın bitməsi münasibətilə ATU rəhbərliyi ilə görüşüblər. ATU-nun elmi işlər üzrə prorektoru dosent Rauf Bəylərov universitetə hər il dünyanın müxtəlif ölkələrindən olan tələbələrin praktika keçdiyini, aparıcı mütəxəssislərin ATU-da qonaq olduğunu bildirib. Qeyd edib ki, hazırda Azərbaycan Tibb Universiteti geniş beynəlxalq əlaqələrə malikdir: “Biz dünyanın aparıcı universitetləri, bilik mərkəzləri ilə münasibətləri daha da genişləndiririk. Bura tələbə mübadiləsi ilə yanaşı, elmi işlərin mübadiləsi, müştərək elmi araşdırmalar, birgə startup ideyaların reallaşdırılması və s aid etmək olar”. R.Bəylərov ATU-da praktikasının uğurla bitirən ərəb tələbələrə müvəffəqiyyətlər arzulayıb.

 

Birləşmiş Ərəb Əmirliklərinin Tibb və Sağlamlıq Elmləri Universitetinin ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Sabrin Ali Azim əməkdaşlıq üçün şəraitin yaradıldığına görə ATU rəhbərliyinə, xüsusi olaraq rektor Gəray Gəraybəyliyə təşəkkürünü bildirib. Qeyd edib ki, son illər  ATU-da ciddi islahatların aparılması müşahidə olunur və artıq bu islahatlar müsbət nəticəsini verməkdədir. Bunlar sırasında xarici ali məktəblərlə əlaqələrin intensivləşməsi və yeni səviyyəyə qaldırılmasını da xüsusi qeyd etmək lazımdır. Sabrin Ali Azim ATU ilə əməkdaşlığın gücləndiriləcəyini və gələcəkdə daha çox birgə layihələrin icra olunacağından əminliyini bildirib.

 

Görüşdə ATU-nun beynəlxalq əlaqələr şöbəsinin mübadilə proqramları üzrə koordinatoru Müşfiq Orucov da iştirak edib.

 

Görüşün sonunda ATU-da təcrübə keçən BƏƏ-li tələbələrə sertifikatlar təqdim olunub. Gənclər kursdan məmnun qaldıqlarını, ATU-da keçdikləri praktikanın onların gələcək karyeralarına ciddi fayda verəcəyini bildirdilər.

 

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı