AZ RU EN WEBMAIL
Xəbərlər
07.08.2019
ATU-da Yay semestri 10-dan çox fənn üzrə keçirilir

Azərbaycan Tibb Universitetində (ATU) iyulun 15-dən start götürən Yay semestri (yay məktəbi) fəaliyyətini davam etdirir. ATU-nun tədris şöbəsinin müdiri, dosent Samir Cavadovun sözlərinə görə, məktəbin təşkilində əsas məqsəd  akademik borcları qalan tələbələrə bu borcları ləğv etmək imkanının yaradılmasıdır.

 

“Tədris ili boyunca 2 semestr - yaz və payız semestri keçirilir. Biz tələbələr üçün əlavə olaraq 3-cü semestri - yay məktəbini təşkil edirik ki, hansısa bir fəndən akademik borcu yaranan tələbələr bundan yararlana bilsin. Əgər tələbənin akademik borcu varsa, yaxud hansısa fənn üzrə dərslərin 50 faizindən çoxunda iştirak edib, qalan hissələrində müəyyən səbəbdən iştirak etməyibsə, Yay Məktəbində iştirak edə bilər. O cümlədən, qiymətini düzəltmək istəyən, fərqlənmə diplomu almaq istəyən tələbələr də öz istəyi ilə Yay məktəbində iştirak edə bilər”.

 

Bu il Yay məktəbi  tələbələrin istəyi ilə 10-dan çox fənn üzrə açılıb. Yay məktəbi avqustun 16-da yekunlaşdıqdan sonra, 19, 21 və 23 avqust tarixlərində imtahanlar keçiriləcəkdir.

 

S.Cavadov qeyd edir ki, bu il I kurslar üçün tətbiq edilən aralıq qiymətləndirmə qaydası həmçinin kəsiri olan tələbələrə də tətbiq ediləcəkdir. Avqustun 9-da onlar üçün aralıq qiymətləndirilmənin keçirilməsi planlaşdırılır. Digər kurslarda isə ənənəvi qiymətləndirmə prosesi aparılır.

 

Bu il də ATU-da yay məktəbinə nəzarət üçün ATU-nun stomatologiya fakültəsinin akademik məsləhətçisi Qələndər Aslanov məsul şəxs qismində təyin olunub. Q.Aslanovun sözlərinə görə, Yay Məktəbi şəffaf fəaliyyət göstərir: “Hər gün dərslərdə iştirak edirəm, tələbə davamiyyətinin, müəllimlərin dərsə tədrisi müşahidə edirəm. Klinik fənlər üzrə dərslər klinikalarda, təməl fənlər üzrə isə kafedralarda keçirilir”.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 348 N-li 24 dekabr 2013-cü il tarixli “Ali Təhsil Müəssisələrini bakalavriat və magistratura səviyyələrində əsas baza ali təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemini tədrisin təşkili qaydaları və bu qaydalara dəyişiklik edilməsi haqqında”  07.03.2018-ci il tarixli əmrin 3.4-cü bəndinə əsasən, tələbələrin istəyi ilə könüllülük prinsipi əsasında Yay məktəbi yaradıla bilər.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı