AZ RU EN WEBMAIL
Xəbərlər
05.08.2019
İmpotentliyə qarşı unikal əməliyyat icra olundu

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında kişilərin cinsi həyatına mane olan problem unikal üsulla aradan qaldırılıb.  Ağır dərəcəli Erektil Disfunksiyadan (impotensiyadan) əziyyət çəkən xəstəyə üç hissəli şişirilə bilən penil protez implantasiya edilib. İlk dəfə olaraq bu əməliyyat peno-skrotal üsulla (xayalıq kəsiyi ilə) icra olunub.

 

ATU-nun mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat uroloq-androloq, Azərbaycan Andrologiya Cəmiyyətinin sədri, professor İlham Əhmədov tərəfindən həyata keçirilib. Professor İ.Əhmədov deyir ki, üç parçalı penil protez implantasiyası heç bir müalicəyə tabe olmayan ağır formalı impotentliyin (erektil disfunskiya) yeganə  və ən effektli müalicə üsuludur: “Əməliyyatdan sonra erektil disfunksiya tamamilə aradan qalxır.  Əməliyyatdan sonrakı dövr ağırlaşmasız keçib və xəstə uğurla evə yazılıb. Penil protezlər zamanı ağırlaşma infeksiya ola bilər ki, buna görə hətta protez çıxarıla da bilər”.

 

Xəstənin cinsi orqanına yerləşdirilən penil protez üç hissədən -  iki sintetik silindr, bir rezervuar və nasosdan ibarətdir. Bu tip əməliyyatlar Azərbaycanda ilk dəfə olaraq məhz Prof. İlham Əhmədov tərəfindən 2007-ci ildə həyata keçirilməyə başlayıb.

 

 

 

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı