AZ RU EN WEBMAIL
Xəbərlər
30.07.2019
Tələbələr sammit haqqında təəssüratlarını rektorla bölüşüblər

III Beynəlxalq Ali Məktəblərarası GxP sammitində uğurla iştirak edən ATU tələbələri rektor, professor Gəray Gəraybəyli ilə görüşüblər. Yaroslavlda “Yaxşıların seçimi. İrəli getmək zamanıdır” şüarı ilə keçirilən sammit iştirakçıları beynəlxalq tədbir haqqında təəssüratlarını rektorla bölüşüblər.

 

Humay Məmmədova ATU nümayəndə heyətinin uğurları, sammitin yekunları haqqında rektor Gəray Gəraybəyliyə ətraflı məlumat verib. Bildirib ki, sammitdə iştirak tələbələrin bacarıqlarını artırması, ixtisasını dərinləşdirmə üçün çox əhəmiyyətli olub. O, iştirakçı tələbələr adından dəvət edən tərəfə və səfərin təşkilinə görə ATU rəhbərliyinə təşəkkürünü bildirib.

 

ATU rektoru, professor Gəray Gəraybəyli universitet adından sammitdə aktiv iştirak edən tələbələrə təşəkkürün ü bildirdi. O, gələcək həkimlərin bilik və bacarıqlarını artırmaq, praktiki bilgilərini təkmilləşdirməsi üçün bu cür beynəlxalq tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Həmçinin, belə tədbirlərin daha yeni əlaqələr qurmaq, təcrübə mübadiləsi aparılması baxımından da mühüm olduğunu qeyd etdi. Rektor G.Gəraybəyli tələbələrin gələcəkdə daha böyük miqyaslı beynəlxalq tədbirlərdə ATU-nun adını ləyaqətlə təmsil etməyi arzuladı.

 

Qeyd edək ki, iyulun 3-5-də Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsinin tələbələri, magistrantları və doktorantları Yaroslavlda keçirilən “Yaxşıların seçimi. İrəli getmək zamanıdır” adlı III Beynəlxalq ali məktəblərarası GxP-sammitində iştirak ediblər. Sammitdə ATU-dan Rufana Usubova, Firuzə Məmmədova, Humay Məmmədova, Nigar Paşayeva, Qəmər Məmmədbəyli iştirak ediblər. Artıq üçüncü dəfədir baş tutan sammitdə Azərbaycan ikinci dəfədir ki, iştirak edir. 300-dən çox tələbə, magistrant və doktorantı bir araya toplayan toplantıda Rusiyanın federal və regional orqanların, aparıcı ali məktəblərin, aparıcı Rusiya əczaçılıq kompaniyalarının nümayəndələri, bu sənayenin yüksək ixtisaslı ekspertləri qonaq olublar.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı