AZ RU EN WEBMAIL
Xəbərlər
18.07.2019
Xəstənin hər iki diz oynağında replantasiya əməliyyatı aparılıb

ATU-nun Tədris Cərrahiyyə Klinikasının həkimləri tez-tez riskli və uğurlu əməliyyatlara imza atırlar.

 

Belə həkimlərdən biri də klinikanın Ortopediya və travmatologiya şöbəsinin müdiri, dosent Cəfər Nəsirlidir. O, öz ənənəsinə sadiq qalaraq bu gün də uğurlu bir əməliyyata imza atıb. Təcrübəli travmatoloq-ortoped klinikaya müraciət edən və hər iki diz oynağının deformasiyaedici artrozu diaqnozu təsdiqlənən xəstə üzərində uğurlu əməliyyat aparıb.

 

C.Nəsirlinin sözlərinə görə, cərrahi müdaxiləni qaçılmaz edən müəyyən səbəblər var: “İlkin səbəb müalicəyə zamanında başlanılmaması, kilo artımı, qidalanma problemi və digər amillərdir. Bizə müraciər edən xəstənin də hər iki diz oynağında qığırdaq toxumaları tamamilə yeyilib aşınmış, amortizasiya xüsusiyyətini itirmişdi. Xəstə həm yeriyə bilmir, həm də dizini tam aça bilmirdi. Bu zaman vurulan iynələr, qəbul edilən dərmanlar müvəqqəti xarakter daşıyır və yekunda heç bir müsbət nəticəyə gətirib çıxarmır. Ona görə də cərrahi əməliyyatın aparılması ən doğru qərar idi. Qərarımızı müvəffəqiyyətlə icra edərək eyni vaxtda xəstənin hər iki diz oynağında replantasiya əməliyyatı apardıq”.

 

Əməliyyatın uğurla nəticələndiyini söyləyən həkim-cərrah C.Nəsirli xəstənin 2 gündən sonra ayağa qalxaraq yeriyəcəyini, 1 həftədən sonra isə çəliksiz gəzə biləcəyini deyib.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı