AZ RU EN WEBMAIL
Xəbərlər
09.07.2019
ATU ilə Təbriz Tibb Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Iyulun 2-4-də ATU-nun nümayəndə heyəti Təbriz Tibb Universitetində rəsmi səfərdə olub. Nümayəndə heyətinin rəhbəri, ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyevin sözlərinə görə, 3 gün ərzində keçirilən görüşlər iki universitet arasında qarşılıqlı əməkdaşlıq memorandumunun imzalanması ilə yekunlaşıb.

 

“Bu günlər ərzində biz Univeristet rektoru, prorektorları və rəsmiləri ilə bir sıra görüşlər keçirdik. Görüşdə ATU haqqında geniş məumat verdik. Təbriz Tibb Universitetin öz otelində qaldıq, burada qonaqlar üçün yaradılan şəraitlə tanış olduq. Universitetin simulyasyon mərkəzi ilə tanış olduq. Gələcəkdə ATU-dan rezidentlərin kurasiya üçün Təbriz Tibb Universitetinə göndərilməsi məsələsi ilə bağlı müzakirə aparıldı. İlk dövrrdə 20-yə yaxın rezidentin Təbriz Tibb Universitetinin fərqli bazalarına göndərilməsinə qərar verildi”.

 

Prorektor S.Əliyev, memorandumun rektor Gəray Gəraybəyli tərəfindən imzalandığını, orda aparılan müzakirələr nəticəsində sənədə bir neçə əlavə və dəyişikliyin edildiyini vurğuladı.

 

Təbriz Tibb Universitetinin rektoru professor dr. Mohammad Hossein Sami ATU nümayəndələrini qəbul etməkdən məmnunluğunu bildirərək, qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə keçəcəyinə inandığını bildirdi.

 

Qeyd edək ki, rəsmi görüşdə ATU-nun Tədris Cərrahiyyə Klinikasının tədris treyning mərkəzinin müdiri Elmar Şərifov da iştirak edirdi.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı