AZ RU EN WEBMAIL
Xəbərlər
16.05.2019
ATU ilə HASUDER arasında əməkdaşlıq başlayır

Azərbaycan Tibb Universitetində Türkiyənin Halk Sağlığı Uzmanları Dərnəyinin (HASUDER) nümayəndə heyəti və Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı ofisinin rəhbəri xanım Hande Harmancı ilə görüş keçirilib.

 

ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Orxan İsayev və Tədris Terapevtik Klinikasının direktoru Samir Allahverdiyevin iştirak etdiyi görüşdə Azərbaycanda ictimai səhiyyə sahəsində görülən işlər barədə qonaqlaraməlumat verilib. Həmçinin, qardaş Türkiyə ilə Azərbaycan arasında ictimai səhiyyə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

Görüşdə HASUDER ilə Tibb Universiteti arasında əməkdaşlıq memorandumunun imzalanması haqqında ilkin razılıq əldə olunub, sazişin şərtləri müzakirə olunub. Memorandumda bir sıra önəmli məsələlər, o cümlədən Azərbaycan Tibb Universitetinin tibbi profilaktika fakültəsini bitirmiş tələbələrin diplomlarının Türkiyədə tanınması məsələsi də yer alacaq.

 

Görüşün sonunda HASUDER-in təmsilçiləri qurumun fəlaiyyəti və təklif etdiyi imkanlarla bağlı təqdimat keçirdilər. 
Görüşdə ATU-nun ictimai səhiyyə fakültəsinin dekanı Anar Ağayev, həmin fakültənin elmi katibi, baş müəllim Yaqut Hacıyeva, ATU-nun Ailə təbabəti kafedrasının assistenti İnarə Əlizadə də iştirak ediblər.

 

Türkiyəli mütəxəssislərin səfərinin məqsədi HASUDER ilə Azərbaycan Səhiyyə Nazirliyi və ATU arasında təhsil, elmi araşdırmaların aparılması sahəsində iş birliyinin əsasını qoymaqdan ibarətdir. HASUDER-in nümayəndə heyətinin tərkibinə ictimai səhiyyə sahəsində çalışan 16 nəfər daxil olub.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı