AZ RU EN WEBMAIL
Xəbərlər
16.05.2019
ATU-nun əməkdaşı Beynəlxalq Simpoziumda məruzə ilə çıxış edib

Azərbaycan Tİbb Universitetinin (ATU) Elmi Tədqiqat Mərkəzinin Elektron Mikroskopiya laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Fuad Hüseynəli Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Brain & Neuroplasticity: Structural and Molecular Aspects” adlı IV Beynəlxalq Simpozium və Gənc Alimlər Məktəbində iştirak edib. O, Beynəlxalq Simpoziumda Histologiya, embriologiya və sitologiya kafedrasının müdiri, professor Eldar Qasımovun rəhbərliyi ilə laboratoriyada yerinə yetirilən elmi işlərin nəticəsi olaraq “Elektron mikroskopiya üçün yeni metodlar” mövzusunda məruzə ilə çıxış edib. Eləcə də, “Elektron mikroskopiyada müasir yanaşmalar” adlı posterini nümayiş etdirib.
Tədbirin sonunda F. Hüseynəli beynəlxalq sertifikatla təltif edilib.

 

Qeyd edək ki, simpoziumda ABŞ, Kanada, İsrail, Macarısan, İsveç, Rusiya və digər ölkələrdən dəvət olunmuş alimlər mövzu üzrə yerinə yetirilən elmi-tədqiqat işləri haqqında interaktiv şəkildə müzakirələr və birgə layihələrin yerinə yetirilməsi haqqında fikir mübadiləsi aparıblar.

 

Xatırladaq ki, 2018-ci ildə ATU ilə Gürcüstanın İ.Beritaşvili adına Eksperimental Biotibb Mərkəzi və İlia Dövlət Universiteti arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı