AZ RU EN WEBMAIL
Xəbərlər
16.05.2019
Azərbaycan dili kafedrası İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş tədbir keçirib

Mayın15-də Azərbaycan Tibb Universitetinin Azərbaycan dili kafedrasının təşkilatçılığı ilə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

Şairin “Dünya duracaq yer deyil, ey can, səfər eylə!” qəzəli ilə tədbirin açılışını edən universitetin II Müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Fəridə Şabanzadə sözü Azərbaycan dili kafedrasının müdiri, professor Natəvan Hacıyevaya verib. N.Hacıyeva Nəsimi yaradıcılığı, dini- fəlsəfi fikirləri ilə bağlı iştirakçılar qarşısında geniş çıxış edib.

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Azərbaycan” jurnalının redaktor müavini Əsəd Cahangirin, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi, filologiya elmlər doktoru, professor Sevil Mehdiyevanın şairin şəxsiyyəti, yaradıcılığı, dil üslubu ilə bağlı etdiyi çıxışlar marqala qarşılanıb.

 

Vüsal Həsənlinin tarda müşayiəti ilə tələbələrdən Zeynəb Zeynallının, Aytən Quliyevanın, Günəş Əliyevanın, Səmra Bayraqdarovanın, Hikmət Abbasovun, Sina Padidarının Nəsimi poeziyasından etdikləri qiraətlər alqışlarla qarşılanıb.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı