AZ RU EN WEBMAIL
Xəbərlər
14.05.2019
ATU-nun Tədris Cərrahiyyə Klinikasında ATUREK-7 çərçivəsində Exokardioqrafiya kursu keçirilib

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ATUREK-7 çərçivəsində Exokardioqrafiya kursu keçirilib.

 

Tədris Cərrahiyyə Klinikasının kardiologiya şöbəsinin müdiri, invaziv kardioloq Qalib İmanovun rəhbərlik etdiyi kursda bir sıra vacib və maraqlı mövzular ətrafında müzakirələr aparılıb, dinləmələr olub.

 

Kurs çərçivəsində ATU-nun Tədris Cərrahiyyə Klinikasının kardioloqları Sara Bayramzadə “Exokardioqrafik müayinənin ümumi prinsipləri” və “Doppler ExoKQ və hemodinamik ölçümlər”, Muxtar Museyibov “Sol mədəciyin funksiyalarının dəyərləndirilməsi”, İsmayıl Göyüşov “Sağ mədəciyin ExoKQ dəyərləndirilməsi” və “Mitral qapaq patologiyalarının exokardioqrafik dəyərləndirilməsi”, Yasmin Rüstəmova “Kardiomiopatiyaların exokardioqrafik dəyərləndirilməsi” və“Exokardioqrafiyanın irəliləmiş texnologiyaları” (strain, 3D) və Elşən Rzayev “Anadangəlmə ürək qüsurları” mövzularında mühazirələrlə çıxış ediblər.

 

Qeyd edək ki, belə kurs və seminarlar ATU-nun Tədris Cərrahiyyə Klinikasının şöbələri tərəfindən mütəmadi olaraq aparılır.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı