AZ RU EN WEBMAIL
Xəbərlər
11.02.2019
60 yaşlı xəstənin çanaq sınığı əməliyyat olunub

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında daha bir çətin əməliyyat uğurla sona yetib. Bir həftə bundan əvvəl travma almış xəstə, Tədris Cərrahiyyə Klinikasına çanaqda sınıqla müraciət edib.

 

Müayinələr nəticəsində 60 yaşlı xəstənin çanağında qəlpəli sınıq diaqnozu təsdiqlənib. Xəstə təcili əməliyyata salınıb.

 

Əməliyyat 2 saat davam edib. Əməliyyat ATU-nun Tədris Cərrahiyyə Klinikasının travmatologiya-ortopediya şöbəsinin müdiri Dos. Cəfər Nəsirli, Mikrocərrah Nicat Səttarov, rezident Kənan Quliyev, rezident Turan İsgəndərzadə və əməliyyat tibb bacısı Şəhanə Şükürovadan ibarət komanda tərəfindən aparılıb. Əməlyyat uğurla yekunlaşıb. Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı