AZ RU EN WEBMAIL
Xəbərlər
11.01.2019
Azərbaycanda donuz qripinə yoluxma qeydə alınmayıb

Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında ölkəmizdəki epidemioloji vəziyyətə həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransında çıxış edən Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev ölkədəki epidemioloji vəziyyətdən danışıb.

 

Konfransda bildirilib ki, Azərbaycanın müxtəlif bölgələrində donuz qripinin yayılmasına dair bəzi KİV-lərdə yayılan məlumat yanlışdır. Respublikada ərazisində sadəcə mövsümlə əlaqədar qrip xəstəliyi müşahidə olunur.

 

Baş epidemioloq İbadulla Ağayev bildirib ki, əgər Azərbaycanda donuz qripi qeydə alınarsa, hökumət həmin xəstəliklə mübarizə aparmaq iqtidarındadır. İ.Ağayev KİV nümayəndələrini dəqiqləşdirilməmiş məlumatları yaymamağa və əhali arasında təşviş yaratmamağa çağırıb.

 

Kliniki Tibbi Mərkəzin infeksion qəbul şöbəsinin müdiri Mahir Rəhimov Gürcüstanda yayılan donuz qripi ilə bağlı ətraflı məlumat verib. Qeyd edib ki, əslində ölüm hallarına donuz qripi yox, stafilokok mikrobları səbəb olub.

 

Sonda media nümayəndələrinin suallarını cavablandırılıb.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı