AZ RU EN WEBMAIL
Xəbərlər
09.01.2019
"Təməl cərrahi laparoskopik bacarıqlar" kursunun iştirakçılarına sertifikatlar verilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında I kurs rezidentləri üçün təşkil olunan "Təməl cərrahi laparoskopik bacarıqlar" kursu üzrə təlimlər davam edir.

 

Tədris Cərrahiyə Klinikasının rezidentlər üzrə məsul şəxsi, I cərrahi xəstəliklər kafedrasının assistenti, t.ü.f.d. Azər Hümmətovun bildirdiyinə görə, mütəmadi olaraq hər il keçirilən kursun əsas məqsədi I kurs rezidentlərə tikişlərin qoyulması, cərrahi əlcəklərin geyinilmə və düyünlərin bağlanması qaydaları, kəsiklərin aparılması, bağırsaqlar üzərində anastomozların qoyulması, bağırsaq ilgəyinin işlənilməsi, ateromanın və dəri üzərindəki törəmələrin xaric olunması kimi ilkin cərrahi bacarıqlar, həmçinin laparoskopik alətlərlə tanışlıq və laparoskopik bacarıqlar öyrədilir. Təlimin sonunda hər bir iştirakçı rezidentə xüsusi sertifikat verilir.

 

Növbəti mərhələdə ginekologiya, uşaq cərrahiyyəsi və ümumi cərrahiyyə ixtisasları üzrə 9 nəfərə xüsusi sertifikatlar təqdim olunub.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı