AZ RU EN WEBMAIL
Xəbərlər
03.01.2019
Tanınmış mikrobioloq ATU rektoru ilə görüşüb

Çikaqo Dövlət Universitetinin professoru, tanınmış mikrobioloq Nadim Fazal Azərbaycan Tibb Universitetində (ATU) elmi tədqiqat işlərini davam etdirir. 

 

Tanınmış alim ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüşündə rektora buradakı işləri, apardığı araşdırmanın gedişi, təqdim etdiyi mübadilə proqramı, tələbələrlə işi haqqında ətraflı məlumat verib.

 

Nadim Fazal ATU-dakı işi zamanı yaxşı əlaqələrinin yarandığını deyib. O, ATU tələbələri üçün təşkil etdiyi dərslərin olduqca maraqlı keçdiyini vurğulayıb. 

 

Universitetdə tələbələr üçün hər cür lazımi şəraitin yaradıldığını vurğalayan Nadim Fazal, gələcəkdə proqram çərçivəsində görülə biləcək digər işlər haqqında da fikirlərini bildirib.

 

Öz növbəsində ATU-nun rektoru professor Gəray Gəraybəyli də qonağın universitet daxilində gördüyü işləri yüksək dəyərləndirib, tələbələr üçün təşkil olunan maraqlı proqramlar üçün alimə təşəkkürünü bildirib. O, Nadim Fazalın apardığı dərslər sayəsində ATU tələbələrinin xeyli faydalı biliklərə yiyələnməsinə yardımçı olduğunu deyib. Görüş zamanı G.Gəraybəyli qonağa ATU-da həyata keçirilən islahatlar, planlaşdırılan yeniliklər barədə də məlumat verib.

 

Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov da iştirak edib.

 

İmmunologiya, infeksion xəstəliklər və fiziologiya sahəsində mütəxəssis olan Nadim Fazal ABŞ Dövlət Departamentinin Fulbright proqramı çərçivəsində universitetdə qonaq olub, mikrobiologiya kafedrasında işləyib. Kafedrada işi zamanı elmi tədqiqatlarla yanaşı, mühazirələr və praktik dərslər də aparıb.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı