AZ RU EN WEBMAIL
Xəbərlər
06.12.2018
ATU-nun Tədris Terapevtik Klinikasının kardioloq rezidenti Konqresdə birinci yerə layiq görülüb

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının kardiologiya şöbəsinin rezidenti Sevinc Əliyeva Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkil etdiyi yarışda iştirak edib. O, VII Milli Konqresi çərçivəsində Dr. Əli Əkbərovun xatirəsinə həsr olunmuş gənc kardioloqlar arasında klinik hal yarışmasında “Noncompaction kardiomiopatiyalı xəstədə atrial taxikardiya səbəbli taxikardiomiopatiya” adlı klinik hal təqdimatı ilə çıxış edib.

 

Qeyd edək ki, ilkin olaraq təqdim edilən 14 klinik haldan 10-u ATU-nun Tədris Terapevtik Klinikasının kardiologiya şöbəsinin rezidentlərinə aiddir. Klinik halların dəyərləndirmə komitəsi tərəfindən keçirilən Azərbaycan Kardiologiya Cəmiyyətinin VII Milli Konqresində çıxış üçün 5 klinik hal seçilib ki, onlardan da 4-ü ATU-nun Tədris Terapevtik Klinikasının rezidentləri tərəfindən təqdim edilmiş klinik hallar olub.

 

Sonda ATU-nun nümayəndəsi klinik halları dəyərləndirən münsiflər heyətinin qərarı ilə Əli Əkbərovun xatirəsinə həsr olunmuş gənc kardioloqlar arasında klinik hal yarışmasının qalibi seçilib.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı