AZ RU EN WEBMAIL
Xəbərlər
05.12.2018
Çikaqo Universitetinin professoru ATU-da qonaq olub

Çikaqo Universitetinin professoru, Amerika İmmunologlar Assosiasiyasının üzvü, Amerika Mikrobiologiya  Cəmiyyətinin üzvü, doktor Nadim Fazal Azərbaycan Tibb Universitetinin “Tibbi biologiya və genetika” kafedrasının qonağı olub.

 

Amerika Fiziologiya Cəmiyyətinin,  Amerika İnsan Genetikası Cəmiyyəti və Amerika Əczaçılıq Kollecləri Assosiasiyasının üzvü olan doktor N.Fazal kafedranın nəzdindəki muzeyin fəaliyyəti ilə tanış olub.

 

Dr. Fazal kafedranın baş müəllimi Leyla Süleymanovanın stomatologiya fakültəsinin 418i3a qrupunda keçirilən praktiki məşğələsində də iştirak edib. İnteraktiv formada keçən dərsin sonunda amerikalı mütəxəssis tələbələri maraqlandıran sualları cavablandırıb. 

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı