AZ RU EN WEBMAIL
Xəbərlər
13.11.2018
Ortopedik Qrupun toplantısı keçirilib

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Ortopedik Qrupun 3-cü xəstəxanalararası ortopedik və travmotoloji toplantısı keçirilib.

 

Toplantıda ATU-nun Tədris Cərrahiyyə Klinikasının travmatologiya və ortopediya şöbəsinin müdiri Cəfər Nəsirlinin“Displastik koksartrozlar diaqnostika və müasir müalicə taktikası”, ortopedik-travmatoloq Nicat Səttarovun “Uşaqlarda bazu xəstəliyinin, doğuş iflicinin cərrahi müalicəsi” mövzusunda məruzələri dinlənilib.

 

Müxtəlif xəstəxanalarda çalışan ortopedik-travmatolqların qatıldığı toplantıda məruzələr ətrafında, o cümlədən əməliyyat olunmuş, həmçinin əməliyyata hazırlanan mürəkkəb xəstələrin durumu, müayinə-müalicə yolları geniş müzakirə olunub və xəstələr barəsində konsilum qərarı verilib.

 

Qeyd edək ki, ayda 1-2 dəfə nəzərdə tutulan bu tipli toplantının keçirilməsində məqsəd rezidentlərin bilik səviyyəsini artırmaq, xəstəxanalararası əlaqəni gücləndirmək, xəstələrə yüksək səviyyədə xidmət göztərməkdən ibarətdir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı