AZ RU EN WEBMAIL
Xəbərlər
11.10.2018
ATU-nun prorektoru Həştərxanda rəsmi tədbirlərdə iştirak edib

ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov Həştərxan Dövlət Tibb Universitetinin 100 illiyi münasibətilə keçirilən mərasimdə iştirak edib. 
R.Bəylərov bir əsrlik yaşını qeyd edən Universitetin yubiley mərasimi ilə yanaşı, Həştərxanda “Xəzəryanı ölkələrin müasir tibbi aktual məsələlərinin həlli” üzrə III beynəlxalq konfransında da iştirak edib.

 

R.Bəylərovun sözlərinə görə, Xəzəryanı ölkələr arasında Azərbaycanı bu konfransda təmsil edib: “Tədbirin məqsədi Xəzəryanı ölkələrin universitetləri arasında əlaqə yaratmaq, münasibətlərin koordinasiya olunması məqsədilə ortaq təşkilat yaradılmasına nail olmaq idi. Toplantıda 5 ölkənin universitetləri arasında tibb elmi və təhsil proqramlarının təşkili ilə bağlı müzakirələr aparılıb. Bunlarla yanaşı, ali məktəblər arasında tələbə, müəllim mübadilələri, qarşılıqlı elmi tədqiqatların aparılmasına dair ilkin razılıq əldə olunub”.

 

Prorektor Rauf Bəylərov konfransın açılış mərasimində çıxışında ATU-nun rektoru Gəray Gəraybəylinin təbrikini səsləndirib. O, Xəzəryanı ölkələrin tibbi ali məktəbləri arasında əlaqələrin möhkəmləndirilməsində konfransın işini yüksək qiymətləndirib.

 

R.Bəylərov səfər zamanı Həştərxanda yerləşən H.Əliyev adına məktəbi ziyarət edib, bu şəhərdəki Bakı küçəsi ilə tanış olub. ATU-nun prorektoru Həştərxan Tibb Universitetindəki şəraitlə yaxından tanış olub. Görüşlər zamanı R.Bəylərov ATU-nun tarixi, fəaliyyəti, buradakı tədris və təhsil sistemi, aparılan islahatlar haqqında geniş məlumat verib. Səfər zamanı IV konfransın Türkmənistanda, V konfransın isə Azərbaycanda keçirliməsinə dair ilkin müzakirələr də aparılıb.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı