AZ RU EN WEBMAIL
Xəbərlər
11.10.2018
ATU-nun pediatrı Çindəki beynəlxalq konqresdə iştirak edib

Sentyabrın 14-16-da Çinin Çanşa şəhərində “Qlobal Uşaq Sağlamlığı Əməkdaşlığı və Serebral İflic Alyansı” adında 1-ci Beynəlxalq Konqres keçirilib. Konqresdə iştirak edən azərbaycanlı mütəxəssislər arasında Azərbaycan Tibb Universitetinin (ATU) I Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə elmlər doktoru Səbinə Qarayeva da olub.

 

Konqres Çin Xalq Respublikasının Milli Səhiyyə Komissiyasının Beynəlxalq əməkdaşlıq mərkəzi, Çin Ticarət Nazirliyinin Tədris Mərkəzi və Çin Xarici İşlər İdarəsinin, Uşaq Alyansı və Serebral İflic İttifaqının dəstəyilə Hunan Uşaq Xəstəxanası və Uşaq Sağlamlığı Əməkdaşlıq Şəbəkəsi tərəfindən təşkil olunub. Avstraliya, ABŞ və Avropa, Afrika, Asiyanın 60 ölkəsi 1200 nəfər nümayəndə ilə konqresdə təmsil olunurdu. Tədbirdə Azərbaycandan Azərbaycan Tibb Universitetini I Uşaq xəstəlikləri kafedrasının dosenti, t.ü.e.d. Səbinə Qarayeva ilə yanaşı, Elmi-Tədqiqat Pediatriya İnstitutunun əməkdaşı Gültəkin İsayeva iştirak edib.

 

Konqresdə Dünya Səhiyyə Təşkilatı, UNİCEF və Vaxtındanqabaq Doğum Beynəlxalq Əməkdaşlıq təşkilatları, Asiya və Afrika ölkələrinin Səhiyyə Nazirliyi və ÇXR Uşaq Sağlamlığı Əməkdaşlıq Şəbəkəsi nümayəndələri və pediatr mütəxəssisləri iştirak ediblər. Toplantıda uşaq sağlamlığı ilə bağlı aktual problemlər, o cümlədən vaxtından qabaq doğulan uşaqların müalicəsi, profilaktik səhiyyə və uşaqların erkən yaşda inkişafı, pediatrik xəstəliklərinin profilaktikası və müalicəsi, kök hüceyrə transplantasiyası, nevroloji inkişaf və doğuş qüsurları mövzuları ilə bağlı müzakirələr aparılıb. 
Konqresdə həmçinin iştirakçı dövlətlərin nümayəndələri arasında əməkdaşlıq məsələləri də müzakirə olunub.

 

Qeyd edək ki, bundan əvvəl Səbinə Qarayeva Çin Xalq Respublikasının Çanşa səhərində Hunan Uşaq Xəstəxanası tərəfindən təşkil olunmuş və “Pediatriyada ümumi xəstəliklərin profilaktikası və müalicəsi” üzrə təlim kursunu keçib. Çin səhiyyəsi və Çin ənənəvi təbabətini öyrənmək məqsədilə təlim iştirakçılarını müxtəlif səhiyyə ocaqları ilə tanış ediblər. Təlim kursunda Avropa, Afrika, Asiyanın 8 ölkəsini 40 nümayəndə təmsil edib. Çin Xalq Respublikasının Ticarət Nazirliyi tərəfindən maliyyələşdirilən tədbirin iştirakçılarına seminar, mühazirə və klinik məşğələlər keçirilib.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı