AZ RU EN WEBMAIL
Xəbərlər
10.10.2018
Azərbaycan Tibb Universiteti antiplagiat internet sisteminə qoşulur

Azərbaycan Tibb Universitetində tədris sistemi ilə yanaşı, elmi-tədqiqat işlərinin aparılması və təqdim olunması prosesinə də daim innovativ yanaşma ortaya qoyulur. Belə addımlardan biri də plagiat hallarının qarşısının alınması üçün görülən tədbirlərdir. Belə ki, bu günlərdə Azərbaycan Tibb Universiteti ilə “Plagiat.Pl” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındaki filialı arasında əməkdaşlıq sazişi imzalanıb.

 

ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərovun sözlərinə görə, bu əməkdaşlıq elmi işlərdə təkrarçılığın və köçürmələrin qarşısını almağa kömək edəcək: “Elmi işlərin təqdimatında köçürmələrin qarşısını almaq üçün indiyədək müxtəlif təklilər səslənib. Lakin Ali Attestasiya Komissiyası ilə məsləhətləşmələrdən sonra antiplagiat sisteminə qoşulmaq qərarı verildi. Bunun məqsədi intellektual mülkiyyətin qorunması və akademik düzgünlüyün optimal standartların təbliğidir. Bu sistem beynəlxalq aləmdə geniş yayılıb və bazaya daxil edilən məlumatlarda oxşarlıq dərəcəsinin tapılmasına görə unikallığı ilə seçilir”.

 

“Plagiat.Pl” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındaki filialının direktoru Əli Təhməzov qeyd edib ki, bu əməkdaşlıq ATU-nun StrikePlagiarism.com veb-sayıtının Antiplagiat İnternet-Sisteminə qoşulmasına imkan yaradacaq. Antiplagiat İnternet-Sistemi vasitəsilə elmi pedaqoji fəaliyyətlə əlaqədar olaraq universitet əməkdaşlarının monoqrafiya, dərslik, dərs vəsaiti, məqalə və digər təqdim edilən işlərinin müəllifliyini və müstəqilliyini yoxlayacaq.

 

Sistem informasiya xidmətləri sahəsində işləyir və digər sənədlərində yer aldığı strikeplagiarism.com antiplagiat sistemi bazasında və internet-kontentlə çalışan məlumat bazasındakı sənədlərin məzmununun müqayisəsinin aparılmasını həyata keçirir. Sistem iki oxşarlıq əmsalından ibarət olan antiplagiat yoxlanışlarının nəticələrini təqdim edir. 1-ci oxşarlıq əmsalı hər 5 sözün uyğunluğuna görə, 2-ci oxşarlıq əmsalı hər 25 sözün uyğunluğuna görə yoxlanılır. Nəticədə 1-ci əmsal 50%-dən, 2-ci oxşarlıq əmsalı isə 5%-dən çox olmadığı halda sənəd plagiat sayılmır.

 

Bağlanan müqaviləyə əsasən StrikePlagiarism.com veb-sayıtının Antiplagiat İnternet-Sistemi vasitəsilə ATU-nun kafedralarında diplom işlərinin, magistr və doktorluq dissertasiyalarının, həmçinin məqalələrin, monoqrafiyaların, dərsliklərin, dərs vəsaitlərinin və digər sənədlərin yoxlanması üçün sistem administratoru, sistem operatorları və nəticələrin oxşarlıq hesabatını təhlili edərək orijinallığı qiymətləndirən komissiya yaradılacaq. Antiplagiat İnternet-Sistemi vasitəsi yoxlanılan sənədlərin məlumatlar bazası formalaşdırılacaq, saytın məlumatlar bazasına qoşulmaqla məlumatlar orada arxivləşdirilmiş, nəticələrin oxşarlıq hesabatı təhlili edərək orijinallığı qiymətləndiriləcək. Antiplagiat İnternet-Sistemi vasitəsilə yoxlanılmış elmi-pedaqoji işlərin oxşarlıq əmsalları normadan çox olarsa, qiymətləndirmə komissiyası tərəfindən müvafiq qərar qəbul edilir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı