AZ RU EN WEBMAIL
Xəbərlər
08.10.2018
ATU-da Tələbə Gənclər Təşkilatına sədr seçkiləri keçirildi

Bu günlərdə Azərbaycan Tibb Universiteti (ATU) Tələbə Gənclər Təşkilatında sədr seçkiləri keçirildi. Seçkidə ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Qasımov, HİK sədrinin müavini Seymur Hacıyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Kərimov və 2014-2018-ci illər ərzində ATU TGT sədri vəzifəsində çalışmış Tural Əzizov iştirak ediblər.

 

Tədbirdə HİK-in sədri Cahangir Qasımov çıxış edərək, TGT-nin bu illər ərzində keçirdiyi layihələri və gördüyü işləri yüksək qiymətləndirdi. O, növbəti dönəm seçiləcək sədr və idarə heyətinə uğurlar dilədi: “Bizim universitet daim savadlı, aktiv tələbələrə hərtərəfli yardım göstərməyə hazırdır. TGT universitetdə tələbələr tərəfindən böyük ehtiyac duyulan qurumlardandır. Yeni seçiləcək sədrə işlərində uğurlar diləyirəm”.

 

Daha sonra Tural Əzizov çıxış edərək, sədrlik etdiyi 4 il ərzində görülən işlər haqqında məlumat verdi. 
Qeyd edək ki, tələbələr tərəfindən Rauf Vəliyev, Gülnur Rüstəmova və Seyidağa Abbaszadə sədrliyə namizəd olaraq təklif olundu. Tələbələrin səs verməsi nəticəsində yüksək səs çoxluğu ilə Rauf Vəliyev ATU TGT-nin yeni sədri seçildi. Daha sonra yeni idarə heyəti təsdiq olundu. Yeni idarə heyətinə fakültə sədrləri, departament rəhbərləri və ATU TGT-nin növbəti dönəm yeni sədr və müavinləri əlavə olundu.

 

Tədbirin sonunda Rauf Vəliyev çıxış edərək göstərdikləri etimada görə tələbələrə və onun namizədliyini təsdiq edən universitet rəhbərliyinə təşəkkürünü bildirdi: “Gələcək fəaliyyətimizdə də tələbələrimizin elmi dünya görüşlərinin və sosial həyatlarının yaxşılaşdırılmasına yönəlik layihələr həyata keçirəcək, bu istiqamətdə işlər görəcəyik”.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı