AZ RU EN WEBMAIL
Xəbərlər
14.09.2018
İsrailli professor ATU-nun Tədris Stomatoloji Klinikasında məruzə deyib

Bu gün Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin təşkilatçılığı ilə  ATU-nun Tədris Stomatoloji Klinikasında həkim və universitetin rezidentləri üçün kurs keçirilib.

 

Cəmiyyətin sədri, professor Çingiz Rəhimov kursun açılışındakı çıxışında artı 8 ildir fəaliyyət göstərən bu qurumun əsas hədəf və prinsipləri barədə iştirakçılara ətraflı məlumat verib: “Əsas hədəfimiz əhaliyə əlçatan və keyfiyyətli xidmət göstərmək məqsədilə ağız və üz-çənə cərrahiyyəsi ixtisasına dair bilik və təcrübəni yerli, həm də xarici həmkarlarla bölüşmək, beynəlxalq əməkdaşlıq qurmaq, bu sahədə gələcək nəsli ruhlandırmaq və mütəxəssislərimizi yeni nailiyyətlərə təşviq etməkdir”.

 

Dünyanın aparıcı şirkət və təşkilatları ilə işbirliyi qurmaq, yeni texnologiyaların ölkəmizə gətirilməsi niyətində olduqlarını deyən Ç.Rəhimov bu dəfə İsraildən qonaq gələn alimin kursda məruzə ilə çıxış edəcəyini bildirdi.

 

İsraildə fəaliyyət göstərən “Paltov” şirkətinin  Tədqiqat Mərkəzinin rəhbəri, professor Andy Boiangiu implantologiya və sümük artırılması sahəsində tanınmış mütəxəssisdir. Öz bilik və təcrübəsini Azərbaycana gətirməkdən qrur duyduğunu deyən professor Boiangiu kurs iştirakçılarının onun mühazirələrindən yararlanacağına ümid etdiyini bildirib.                                                                      

 

A.Boiangiu kursda “Minimal invaziya ilə sinus lift əməliyyatı” və “Yeni üsulla sinus lift əməliyyatın təcrübəsi” mövzularında mühazirə ilə çıxış edib.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı