AZ RU EN WEBMAIL
Xəbərlər
24.07.2018
Tələbələr “Dərman bitkilərinin yığılması və becərilməsi” proqramı üzrə çöl-tədris təcrübəsində iştirak ediblər

Azərbaycan Tibb Universitetinin (ATU) Əzcaçılıq fakültəsinin III kurs tələbələri Farmakoqnoziya kafedrasında “Dərman bitkilərinin yığılması və becərilməsi” proqramı üzrə çöl-tədris təcrübəsində iştirak ediblər.

 

Tələbələrin çöl-tədris təcrübəsinə kafedranın təcrübəli müəllimləri Vaqidə Məmmədova, Elvin Kərimli və Aytən Şükürova rəhbərlik edib. Praktika zamanı tələbələr Azərbaycanın dərman bitkiləri zəngin olan Quba və rayonlarına ekskursiya edərək, təbii şəraitdə dərman bitkilərinin bitməsi ilə tanış olublar. Həmçinin müxtəlif yabanı dərman bitki xammalı toplayıblar.

 

Praktika ərzində tələbələr “Herba flora” şirkətində dərman bitki xammalının qurudulması, xırdalanması, saxlanılması eləcə də, onlardan müxtəlif bitki yığıntılarının və filtr paket çaylarının hazırlanması prosesi ilə tanış olublar. Qeyd olunub ki, farmakoqnoziyadan çöl-tədris təcrübəsi bugünkü tələbələrin peşəkar əczaçı kimi formalaşmasında vacib rol oynayır.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı