AZ RU EN WEBMAIL
Xəbərlər
05.07.2018
"BMT-nin dayanıqlı inkişaf məqsədlərində səhiyyə islahatları" konfransı keçirilib

“Son 25 ildə dünyada 5 yaşadək uşaq ölümü yarıya enib, qlobal səviyyədə ana ölümü 2 dəfə azalıb”. Bu fikirləri səhiyyə naziri Oqtay Şirəliyev Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesusun iştirakı ilə "BMT-nin dayanıqlı inkişaf məqsədlərində səhiyyə islahatları" mövzusunda keçirilən yüksək səviyyəli iclasda çıxışı zamanı deyib. Nazir qeyd edib ki, Azərbaycanda da bu sahədə vəziyyət ötən illərə nisbətən xeyli yaxşılaşıb, ümumilikdə, səhiyyənin bütün sahələrində inkişaf müşahidə edilir.

 

Səhiyyə naziri bildirib ki, doktor Tedros Adhonomun təşəbbüsü ilə qəbul edilən qətnamələr, aparılan islahatlar hər bir insanın səhiyyə xidmətlərindən istifadə etmək imkanını artırmağa, səhiyyə sistemlərinin təkmilləşdirilməsinə, infeksion və qeyri-infeksion xəstəliklərlə mübarizəyə yönəldilib.

 

Səhiyyə sahəsində əsaslı inkişafa həsr olunan konfransda bir sıra məsələlər müzakirə olunduğu konfransda Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycanın Milli Əlaqələndirmə Şurasının üzvləri, ölkənin tibb sahəsi üzrə mütəxəssisləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli də toplantının işində iştirak edib.

 

Daha sonra çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycanda həyata keçirilən islahatlardan danışdıb və səhiyyə sahəsinə dəstəyini əsirgəməyəcəyini bildirib. Tədbirin sonunda Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru Dr. Tedros Adhanom Gebreyesusun ölkəmizə səfəri ilə əlaqədar olaraq Azərbaycan Respublikası Hökuməti ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında Birgə Bəyanat qəbul edildi.

 

Qeyd edək ki, bu ilin oktyabrında Bakıda səhiyyə sahəsinin inkişafına dair konfrans keçiriləcək. Həmin konfransda “Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə inteqrasiyası və onların sürətləndirilməsinə dair Bakı Prinsipləri”nin qəbul ediləcəyi gözlənilir. Sənədin layihəsi Azərbaycan hökuməti və sənədin icrasına dəstək göstərəcək tərəfdaş BMT qurumları ilə müzakirə edilməkdədir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı