AZ RU EN WEBMAIL
Xəbərlər
11.06.2018
ATU mütəxəssisi Minskdə “Early Childhood İntervention” konfransında iştirak edib

İyunun 4-6-da Belarusun Minsk şəhərində erkən yaşlarda müdaxilə sistemlərinin və ailələrin gücləndirilməsinə həsr edilmiş “Early Childhood İntervention” adlı konfrans keçirilib. 

Belarus və Rusiyanın, eləcə də “UNICEF Europe & Central Asia”nın dəstəyi ilə baş tutan tədbirdə inkişaf pediatriyası üzrə Avropa və Mərkəzi Asiyanın 15 ölkəsindən mütəxəssislər iştirak edib. Konfransda inkişaf çətinlikləri və əlilliyi olan uşaqların problemləri, onların həlli yolları müzakirə olunub.

 

Tədbirdə Azərbaycanı Tibb Universitetinin (ATU) I Uşaq Xəstəlikləri kafedrasının assistenti Nigar Sədiyeva, Səhiyyə Nazirliyinin Tibbi Yardımın təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova, Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva, UNİCEF-in Səhiyyə üzrə nümayəndəsi Töhfə Jamilova təmsil ediblər.

 

Nigar Sədiyeva konfransda “Strengthening Capacity of healthcare Providers In Add-Ecd (Addressing Developmental Difficulties And Early Childhood Development): The Azerbaijan Experience” mövzusu üzrə məruzə ilə çıxış edib. O, ölkəmizdə son illərdə inkişaf pediatriyası sahəsində görülən işlər barədə məlumat verib: “May ayında cənab president İlham Əliyev “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018–2020-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Ölkəmizdə inkişaf çətinlikləri olan uşaqlara xidmət göstərilməsi üzrə UPSİM və Bakı Uşaq Bərpa Reabilitasiya Mərkəzindən başqa, 14 regional mərkəz açılıb. IDIR üzrə milli komanda yaradılıb, sinir-psixi inkişafın qiymətləndirilməsi üzrə 567 pediatriya treninqləri keçirilib”.

 

Konfransın sonunda iştirakçıların sualları cavablandırılıb, gələcək planlar müzakirə edilib.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı