AZ RU EN WEBMAIL
Xəbərlər
08.06.2018
La Crosse Universitetinin professoru hazırladığı hesabatı ATU rektoruna təqdim edib

ABŞ-ın Viskonsin ştatının La Crosse Universitetinin professoru Robert A. Jecklin Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub. Səfər zamanı professor Robert A. Jecklin ictimai səhiyyə fakültəsinin nəzdindəki kafedraların dərs proqramları ilə tanış olub. Amerikalı mütəxəssis İctimai səhiyyə fakültəsinin tibbi profilaktika ixtisasına aid olan kafedralarda dərsliklərinin yenilənməsi, dərs proqramlarının modernləşdirilməsi işinin təşkilinə yardım etmək məqsədilə geniş rəy hazırlayıb.

 

Bu gün amerikalı professor Robert A.Jecklin ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüşüb və hazırladığı hesabatı ona təqdim edib. Görüş zamanı Professor Gəray Gəraybəyli amerikalı həmkarına dəvəti qəbul edib göstərdiyi yardıma görə təşəkkürünü bildirdi. G.Gəraybəyli onun kimi yüksək səviyyəli mütəxəssis rəyinin çox önəmli olduğunu vurğulayaraq bu hesabatın işlərin təkmilləşdiriməsində yardımçı olacağına inandığını bildirdi.

 

Professor Robert A. Jecklin qeyd edib ki, səfər zamanı ATU-da İctimai səhiyyə fakültəsində yaradılan şəraitlə, tədris proqramı ilə tanış olub. Azərbaycanda ictimai səhiyyənin vəziyyəti, bu sahənin tədrisi, Azərbaycan və ABŞ-da ictimai səhiyyənin tədris sistemləri arasında fərq və s. mövzularda araşdırma aparıb. Nəticədə, Azərbaycanda ictimai səhiyyənin tədrisinin yaxşılaşdırılması ilə bağlı rəy hazırlayıb. Professor R.Jecklin bu araşdırmanın ATU rəhbərliyinə kömək olacağına ümid etdiyini deyib.

 

Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent  Nadir Zeynalov və ATU-nun ictimai səhiyyə fakültəsinin dekanı, dosent Anar Ağayev iştirak edirdilər.

 

Qeyd edək ki, professor R.Jecklin bir ay ərzində ATU-nun qonağı olub.  O, İctimai səhiyyə fakültəsinin VI kurs tələbələri və fakültənin kafedralarının professor-müəllim heyəti qarşısında “ABŞ-da uşaq və yeniyetmələrin sağlamlığının qorunması sahəsində ictimai səhiyyənin praktikası” mövzusunda çıxış edib.  Bundan əlavə, fakültə dekanı, dosent Anar Ağayevin iştirakı ilə bir sıra görüşlərdə iştirak edib.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı